Vakansiya haqqında
Əsas vəzifələr:
- Laboratoriya avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi
- Avadanlıqlarda yaranan texniki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması
- Laboratoriya cihazlarının kalibrasiyası və keyfiyyətə nəzarət proseslərinin həyata keçirilməsi
- Tibb müəssisələrində istifadəçilərə avadanlıqların istismarı üzrə təlimlərin keçirilməsi
- Müştərilərə texniki və tətbiqi (Application) dəstəyin göstərilməsi
- İstehsalçı şirkətlərlə texniki məsələlər üzrə əlaqələrin qurulması və koordinasiyanın təmin edilməsi
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
- Laboratoriya avadanlıqları ilə iş təcrübəsi
- Mindray və Beckman Coulter laboratoriya sistemləri üzrə bilik və təcrübəyə üstünlük verilir
- İngilis dili biliyi ən azı orta səviyyədə olmalıdır
- Texniki problemləri təhlil etmək və həll yolları tapmaq bacarığı
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı
- Ezamiyyətlərə hazır olmaq
Biz təklif edirik:
- Dinamik və peşəkar iş mühiti
- Peşəkar inkişaf və karyera imkanları
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək imkanı
Laboratoriya texnologiyalarına marağınız və texniki biliklərinizlə səhiyyə sahəsinə töhfə vermək istəyirsinizsə, müraciətinizi gözləyirik!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət etməyə başladı.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİngilis dili ən azı orta səviyyədə tələb olunur.
Mindray və Beckman Coulter laboratoriya sistemləri üzrə bilik və təcrübə üstünlükdür.
Bəli, komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiotibbi mühəndis üzrə Bakıda digər açıq elanlar.
Biomedikal cihaz mühəndisliyi üzrə təhsil almış biomedikal mühəndis axtarılır.
Tibbi cihazların quraşdırılması, texniki xidməti və təmiri üzrə bilik və bacarıq tələb olunur.
Tibbi laboratoriya avadanlıqlarının quraşdırılması və istifadəçi təlimlərini təşkil etmək tələb olunur



