Tibbi cihazların quraşdırılması, texniki xidməti və təmiri üzrə bilik və bacarıq tələb olunur.
Vakansiya haqqında
Ünvan - Bakı, Azərbaycan / Full-time
Səhiyyə sektorunda fəaliyyət göstərən komandamıza laboratoriya avadanlıqlarının quraşdırılması, texniki xidməti və tətbiqi dəstəyini həyata keçirəcək, məsuliyyətli və texniki düşüncəyə malik Biomedikal sahəsi üzrə mühəndis axtarırıq.
Əsas vəzifələr:
- Laboratoriya avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi
- Avadanlıqlarda yaranan texniki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması
- Laboratoriya cihazlarının kalibrasiyası və keyfiyyətə nəzarət proseslərinin həyata keçirilməsi
- Tibb müəssisələrində istifadəçilərə avadanlıqların istismarı üzrə təlimlərin keçirilməsi
- Müştərilərə texniki və tətbiqi (Application) dəstəyin göstərilməsi
- İstehsalçı şirkətlərlə texniki məsələlər üzrə əlaqələrin qurulması və koordinasiyanın təmin edilməsi
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
- Laboratoriya avadanlıqları ilə iş təcrübəsi
- Mindray və Beckman Coulter laboratoriya sistemləri üzrə bilik və təcrübəyə üstünlük verilir
- İngilis dili biliyi ən azı orta səviyyədə olmalıdır
- Texniki problemləri təhlil etmək və həll yolları tapmaq bacarığı
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı
- Ezamiyyətlərə hazır olmaq
Biz təklif edirik:
- Dinamik və peşəkar iş mühiti
- Peşəkar inkişaf və karyera imkanları
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək imkanı
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Biomedikal sahəsi üzrə mühəndis” qeyd etməklə göndərə bilərsiniz.
Laboratoriya texnologiyalarına marağınız və texniki biliklərinizlə səhiyyə sahəsinə töhfə vermək istəyirsinizsə, müraciətinizi gözləyirik!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
2013-cü ildə MEDSOL MMC olaraq qurulan firmamız tibbi avadanlıqların və tibbi sərf materiallarının satışı ilə tibb sektoruna xidmət etməyə başladı.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş tam ştat rejimindədir.
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili tələb olunur.
İngilis dili ən azı orta səviyyədə tələb olunur.
Laboratoriya avadanlıqları ilə iş təcrübəsi və Mindray, Beckman Coulter laboratoriya sistemləri üzrə bilik üstünlükdür.
CV göndərilməlidir, mövzu hissəsində “Biomedikal sahəsi üzrə mühəndis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiotibbi mühəndis üzrə Bakıda digər açıq elanlar.
Keramika yapışdırıcı sexində kafel-metlax yapışdırıcısı hazırlayan texnoloq axtarılır.
Tikinti materiallarının laboratoriya nümunələrini götürür və standartlara uyğun sınaqları aparır.


