Vakansiya haqqında

Əsas vəzifələr

  • Tibbi sığorta üzrə daxil olan müraciətlərin, sığorta hadisələrinin və təqdim edilmiş tibbi sənədlərin ekspertizasının aparılması;
  • Tibbi konsultasiyaların, laborator və instrumental müayinələrin, diaqnostik prosedurların, stasionar müalicələrin və cərrahi əməliyyatların tibbi əsaslandırılmasının qiymətləndirilməsi;
  • Tibbi xidmətlərin sığorta müqaviləsinin şərtlərinə, təminat həcminə və istisnalara uyğunluğunun yoxlanılması;
  • Həkimlər tərəfindən təyin edilmiş dərman vasitələrinin diaqnoza, tibbi göstərişlərə, dozaya və müalicə müddətinə uyğunluğunun təhlili;
  • Təkrar konsultasiya və müayinələrin, eyni və ya oxşar diaqnozlar üzrə müraciətlərin, müxtəlif tibb müəssisələrinə keçidlərin və təkrarlanan xidmətlərin tibbi zəruriliyinin qiymətləndirilməsi;
  • Yüksək məbləğli tibbi xidmətlərin, diaqnostik müayinələrin, dərman təyinatlarının və mürəkkəb sığorta hadisələrinin tibbi-maliyyə ekspertizasının aparılması;
  • Tibb müəssisələri tərəfindən təqdim edilmiş elektron reyestrlərin, hesab-fakturaların və digər tibbi sənədlərin yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi;
  • Tibbi xidmətlərin qiymətlərinin, müqavilə tariflərinin, tətbiq olunan endirimlərin və hesablaşma şərtlərinin uyğunluğunun təhlili;
  • Tibbi cəhətdən əsassız xidmətlərin, təkrarlanan hesablaşmaların, mümkün sui-istifadə və şübhəli halların aşkarlanması və araşdırılması;
  • Tibbi ekspertiza zamanı aşkar edilmiş uyğunsuzluqlar üzrə əsaslandırılmış düzəliş və ya ödənişdən imtina təkliflərinin hazırlanması;
  • Tibb müəssisələrinin sığorta şöbələri, müalicə həkimləri, Assistans Mərkəzi, Network və digər aidiyyəti struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi;
  • Sığorta olunanların müqaviləli olmayan tibb müəssisələrinə müraciətləri üzrə kompensasiya tələblərinin tibbi ekspertizasının aparılması;
  • Mürəkkəb və mübahisəli tibbi halların araşdırılması, zərurət yarandıqda birbaşa rəhbərə təqdim edilməsi;
  • Tibbi ekspertiza üzrə qəbul edilmiş qərarların düzgünlüyünün və əsaslandırılmasının yoxlanılması, təkrarlanan səhvlərin və sistemli uyğunsuzluqların müəyyən edilməsi;
  • Tibb müəssisələri, həkimlər, diaqnozlar və tibbi xidmət növləri üzrə müraciət tezliyinin, orta xərclərin və yüksək məbləğli halların təhlili;
  • Tibbi sığorta üzrə zərərliliyə təsir edən amillərin müəyyən edilməsi, tibbi xərclərin optimallaşdırılması və əsassız xərclərin azaldılması istiqamətində təkliflərin hazırlanması;
  • Tibbi ekspertiza proseslərinin təkmilləşdirilməsi, vahid qiymətləndirmə meyarlarının tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində iştirak;
  • Tibbi ekspertiza üzrə dövri hesabatların hazırlanması və nəticələrin birbaşa rəhbərə təqdim edilməsi;
  • Sığorta olunan şəxslərin hüquqlarının və şirkətin qanuni maraqlarının qorunması, tibbi ekspertiza qərarlarının obyektiv, şəffaf və əsaslandırılmış şəkildə qəbul edilməsi;
  • Birbaşa rəhbərin vəzifə funksiyalarına uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

  • Tibb sahəsində ali təhsil;
  • Tibb sahəsində minimum 3 il iş təcrübəsi, Baş tibbi ekspert vəzifəsi üçün isə minimum 5 il iş təcrübəsi arzuolunandır;
  • Tibbi sığorta, tibbi ekspertiza və ya klinik audit sahəsində iş təcrübəsi üstünlükdür;
  • Klinik diaqnostika, farmakologiya, laborator və instrumental müayinələr, müalicə prinsipləri üzrə biliklər;
  • Tibbi sığorta müqavilələrinin təminat və istisna şərtləri haqqında biliklər;
  • Tibbi sənədlərin və müalicə təyinatlarının təhlili bacarığı;
  • Microsoft Office proqramları, xüsusilə Excel üzrə biliklər;
  • Azərbaycan dilini sərbəst bilmək, işgüzar rus və ingilis dillərini bilmək üstünlükdür.
  • Analitik və məntiqi düşünmə;
  • Tibbi məlumatların təhlili və əsaslandırılmış qərarvermə;
  • Detallara diqqət və dəqiqlik;
  • Effektiv kommunikasiya və komandada işləmək;
  • Qeyri-standart vəziyyətlərə operativ reaksiya vermək;
  • Problemlərin həlli və təşəbbüskarlıq;
  • Sığorta olunan şəxslərə empatik və peşəkar yanaşma;
  • Stressə davamlılıq və emosional sabitlik;
  • Dürüstlük, obyektivlik və məsuliyyət;
  • Vaxtın səmərəli idarə edilməsi;
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Sahil Plaza, 61 M. Useynov Ave
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
26 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
203

Şirkət haqqında

PASHA Sığorta
Insurance · 501-1,000 · Bakı
PASHA Sığorta — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Baş tibbi ekspert vəzifəsi üçün minimum 5 il iş təcrübəsi tələb olunur.

Tibb sahəsində ali təhsil tələb olunur.

Microsoft Office proqramları, xüsusilə Excel üzrə biliklər tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Həkim-koordinator üzrə Bakıda digər açıq elanlar.

Mərcan Medicare Clinic
Middle · 2+ ilBakı
Maaş göstərilməyib3 gün qalıb

Pasiyentlərin ultrasəs müayinələrini aparır və nəticələrə əsasən rəy verir, 2 il təcrübə tələb olunur.

Ultrasound examination
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tibbi ekspert / baş tibbi ekspert
Müraciət et