Endokrin sistem xəstəlikləri olan pasiyentlərə müasir diaqnostika və müalicə üsulları ilə xidmət göstərir.
Vakansiya haqqında
Vəzifənin təsviri:
- Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə müxtəlif cərrahi xəstəliklər üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə və cərrahi müdaxilə planını hazırlamaq və icrasını təmin etmək.
- Pasiyentin anamnezini toplamaq, klinik, instrumental və laborator müayinələri aparmaq və nəticələrə əsasən diaqnoz qoyaraq müvafiq müalicə taktikasını müəyyən etmək.
- Zəruri hallarda planlı və təcili cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesini təşkil etmək.
- Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək.
- Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək.
- Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHəkim üzrə Xankəndidə digər açıq elanlar.
Təcili tibbi yardım göstərir, sertifikatlı və multidissiplinar komandada işləmə bacarığı tələb olunur
Pasiyentlərin endokrinoloji xəstəliklərini diaqnostika və müalicə etmək bacarığı tələb olunur
Bakı şəhərində müxtəlif sahələr üzrə həkim kimi müalicə və diaqnostika işləri aparmaq.
