Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Müxtəlif yaş qruplarından olan pasiyentlərin ürək-damar sistemi üzrə profilaktik və planlı müayinələrinin aparılması.
Ürək-damar xəstəliklərinin vaxtında diaqnostikası və düzgün müalicə taktikasının seçilməsi.
Arterial hipertenziya, ürək çatışmazlığı, aritmiyalar, işemik ürək xəstəliyi və digər kardioloji xəstəliklərin müalicə və izlənilməsinin təmin edilməsi.
Xroniki ürək-damar xəstəliklərinə nəzarət edilməsi və pasiyentlər üçün fərdi müalicə planlarının hazırlanması.
Pasiyentlərə ürək-damar xəstəliklərinin profilaktikası, sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma və müalicəyə riayət edilməsi barədə maarifləndirici məsləhətlərin verilməsi.
Zəruri hallarda EKQ, EXO-kardioqrafiya, Holter monitorinqi, stress-test, laborator və digər instrumental müayinə üsullarının təyin olunması və nəticələrin şərh edilməsi.
Pasiyentlərin tibbi sənədləşməsinin aparılması və elektron sistemlərdə qeydiyyatın təmin edilməsi.
Multidissiplinar komanda ilə əməkdaşlıq edərək pasiyentin müalicə və izləmə prosesinin koordinasiya edilməsi.
Klinikanın elmi və praktiki fəaliyyətində iştirak edilməsi, konfrans, seminar və digər peşəkar tədbirlərdə klinikanın təmsil olunması.
Tələblər
Namizədə tələblər:
Ali tibbi təhsil və Kardiologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.
Kardiologiya sahəsi üzrə klinik bilik və praktik bacarıqlar.
Tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.
Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.
Şirkət haqqında
2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs statusunda təsis edilmişdir. Bu qərar Azərbaycanın azad edilmiş ərazilərində müasir səhiyyə və təhsil infrastrukturunun formalaşdırılması, regionda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat potensialının gücləndirilməsi istiqamətində atılmış mühüm və strateji addım olmuşdur. Qarabağ Universitetinin Klinikası (QUK) tədris, tədqiqat və tibbi xidməti birləşdirən inteqrasiya olunmuş model əsasında fəaliyyət göstərir. Klinikada gələcəyin həkim və tibb bacıları/qardaşları nəzəri biliklərini real klinik şəraitdə tətbiq edərək, elmi tədqiqatları praktik bacarıqlarla möhkəmləndirir. Klinikanın açılış mərasimi 2025-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Müasir standartlara tam cavab verən binada 23 həkim qəbul otağı, laboratoriyalar, radiologiya və təcili yardım şöbələri, Radiologiya şöbəsinin daxilində MRT (maqnit rezonans tomoqrafiyası), KT (kompüter tomoqrafiyası) kimi yüksək texnoloji tibbi avadanlıqlar quraşdırılmışdır. Yaxın zamanda Angioqrafiya şöbəsinin də fəaliyyəti nəzərdə tutulur. Bu imkanlar həm tibbi xidmətlərin effektivliyini, həm də tədris və tədqiqat proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Hal-hazırda Klinikanın ambulator bölməsi tam fəaliyyət göstərir və ixtisaslı həkimlər tərəfindən pasiyentlərə müxtəlif istiqamətlərdə tibbi xidmətlər göstərilir. Vətəndaşlar pediatriya, psixiatriya, uşaq psixiatriyası, nevrologiya, terapiya, revmatologiya, urologiya, ginekologiya və radiologiya üzrə qəbul oluna bilirlər. Bununla yanaşı, MRT, KT, rentgen, USM (o cümlədən ginekoloji USM), Exo, EKG və efor testləri kimi instrumental diaqnostika xidmətləri də təqdim olunur. Yaxın zamanda mammografiya bölməsinin də istifadəyə verilməsi planlaşdırılır. Laboratoriya şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir və yaxın günlərdə fəaliyyətə başlayacaq. 2026-cı ildən etibarən klinikada əməliyyatxana, pediatriya, terapiya və cərrahiyyə stasionarları, reanimasiya və neonatal reanimasiya şöbələri, doğum, həmçinin təcili yardım şöbələri fəaliyyət göstərəcəkdir. Bu strukturun tam formalaşması ilə Qarabağ Universitetinin Klinikası regionun ən müasir və funksional tibb müəssisələrindən birinə çevriləcək. Qarabağ Universitetinin Klinikası və Tibb Fakültəsinin yaradılması Azərbaycanın azad edilmiş ərazilərində təhsil, səhiyyə və tədqiqat infrastrukturunun yenidən dirçəldilməsi istiqamətində atılmış mühüm addımdır. Müasir elmi yanaşma, yüksək peşəkarlıq və etik dəyərlərə əsaslanan Qarabağ Universitetinin Klinikası yalnız tibbi xidmətlərin göstərilməsi ilə kifayətlənməyərək, elmi biliklərin praktikaya tətbiqi, beynəlxalq tərəfdaşlıqların qurulması, gələcəyin peşəkar səhiyyə mütəxəssislərinin yetişdirilməsi və region əhalisinin sağlamlıq səviyyəsinin yüksəldilməsi kimi strateji məqsədlərə xidmət edir.
Qarabağ Universitetinin Klinikası — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
