Universitetdə ilkin tibbi yardım göstərir və sağlamlıq məsləhətçiliyi aparır, tibb bacısı təhsili tələb olunur
Vakansiya haqqında
Vəzifənin təsviri:
- Hamilə, doğuş edən və doğuşdan sonrakı dövrdə olan qadınların tibb bacılığı baxımını həyata keçirmək.
- Ginekoloji xəstələrin vəziyyətini müşahidə etmək, qulluq prosesini təşkil etmək və həkim təyinatlarının icrasını təmin etmək.
- Pasiyentlərin həyati göstəricilərini izləmək, qiymətləndirmək və nəticələri düzgün şəkildə sənədləşdirmək.
- Pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq.
- Müalicə və qulluq planının icrasında iştirak etmək.
- Dərman vasitələrinin həkim təyinatına uyğun hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək.
- İnfuziya terapiyası, venoz giriş və digər əsas tibb bacısı prosedurlarını yerinə yetirmək.
- Fetal monitorinq — NST/CTG cihazının istifadəsində iştirak etmək və nəticələrin ilkin müşahidəsini aparmaq.
- Doğuş otağında, ginekoloji stasionarda və körpə otağında iş prosesinin düzgün təşkilinə dəstək göstərmək
- Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı, gigiyenası və termal qorunması tədbirlərini həyata keçirmək;
- Ana südü ilə qidalanma, laktasiya dəstəyi və yenidoğulmuş baxımı üzrə ana və ailə üzvlərini maarifləndirmək;
- Doğum otağında ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək;
- Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım tədbirlərində iştirak etmək;
- Pasiyent və yenidoğulmuşla bağlı aparılan müdaxilələri, müşahidə nəticələrini və tətbiq edilən dərmanları tibbi sənədlərdə düzgün qeyd etmək;
- Elektron xəstə məlumat sistemlərində müvafiq qeydləri aparmaq;
- Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydalarına riayət etmək;
- Pasiyent təhlükəsizliyi, dərman təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək;
- Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə əməl etmək;
- Həkimlər, tibb bacıları, mama heyəti və digər aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək;
- Fövqəladə hallarda və əsas həyat dəstəyi tələb edən vəziyyətlərdə müəyyən olunmuş qaydalara uyğun hərəkət etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tibb bacısı üzrə bazar adətən 500–700 ₼ ödəyir, median — 563 ₼.
17 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tibb bacısı kimi öz maaşını yoxlaŞirkət haqqında
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTibb bacısı üzrə Xankəndidə digər açıq elanlar.
Uşaqların sağlamlığını qorumaq və müayinə etmək üçün pediatrik tibbi bilik tələb olunur.
Təcrübəli tibb bacısı kimi xəstələrə qayğı göstərmək və məsuliyyətlə işləmək.



