Vakansiya haqqında
- Klinik laborator diaqnostika üzrə rutin və ixtisaslaşmış müayinələrin laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) və qüvvədə olan standartlara uyğun aparılmasını təmin etmək.
- Hematoloji, biokimyəvi, immunoloji, koaqulyasiya və digər klinik laborator müayinələrin nəticələrini qiymətləndirmək, təsdiqləmək və klinik əhəmiyyətini interpretasiya etmək.
- Bioloji nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi daxil olmaqla preanalitik proseslərə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək.
- Laborator müayinələrin analitik mərhələsində tətbiq olunan metodların, reagentlərin, kalibratorların və nəzarət materiallarının düzgün istifadəsinə və nəticələrin etibarlılığına nəzarət etmək.
- Laborator nəticələrin analitik və klinik uyğunluğunu qiymətləndirmək, zəruri hallarda nəticələrin təkrar yoxlanılmasını təmin etmək, kritik nəticələri müəyyənləşdirmək və onların vaxtında aidiyyəti klinik şöbəyə bildirilməsini təmin etmək.
- Daxili keyfiyyətə nəzarət və xarici keyfiyyət qiymətləndirilməsi proqramlarında iştirak etmək, uyğunsuzluqları və mümkün xəta mənbələrini təhlil etmək, düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dəstək göstərmək.
- Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), iş alqoritmlərinin, referens intervallarının, kritik dəyərlərinin və digər keyfiyyət sənədlərinin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.
- Laborator avadanlıqların düzgün istismarına, kalibrasiyasına, profilaktik və texniki xidmətinə, eləcə də müvafiq qeydlərin və sənədləşmənin aparılmasına nəzarət etmək.
- Reagentlərin, kalibratorların, nəzarət materiallarının və digər laborator sərf materiallarının saxlanma şəraitinə, istifadə müddətlərinə və ehtiyatlarının idarə edilməsinə nəzarətdə iştirak etmək.
- Biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, tibbi tullantıların idarə olunması və əmək təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblərə riayət etmək.
- Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, laborator müayinələrin düzgün və məqsədəuyğun seçilməsi, nəticələrin interpretasiyası və əlavə müayinələrə ehtiyacın müəyyənləşdirilməsi ilə bağlı peşəkar konsultativ dəstək göstərmək.
- Laboratoriyanın orta tibb heyətinə və digər əməkdaşlarına laborator metodlar, prosedurlar, keyfiyyət və təhlükəsizlik tələbləri üzrə metodiki dəstək göstərmək.
- Laborator xidmətlərin keyfiyyətinin, dəqiqliyinin və effektivliyinin davamlı yaxşılaşdırılması üzrə tədbirlərdə iştirak etmək.
- Universitet klinikasının tədris, elmi-tədqiqat, klinik audit, keyfiyyətin yaxşılaşdırılması və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Laborant üzrə bazar adətən 500–720 ₼ ödəyir, median — 619 ₼.
20 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Laborant kimi öz maaşını yoxlaŞirkət haqqında
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Xankəndi şəhərində yerləşir.
Müraciət üçün son tarix 21 oktyabr 2026-cı ildir.
İş günü və iş saatları barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLaborant üzrə Xankəndida digər açıq elanlar.
Neft, kimyəvi maddələr və mineral gübrələrdən nümunə götürür, təhlükəsizlik və keyfiyyətə riayət edir.
Xam pambıq və məhsulların laborator analizini aparır, avadanlıq kalibrləməsini bacarır.
Metal məhsullarının laborator analizini aparır və 1 il təcrübə tələb olunur.



