Beynəlxalq yüklərin təşkili və nəzarətini həyata keçirir, minimum 2 il logistika təcrübəsi tələb olunur.
Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Xammal, yardımçı maddələr və hazır məhsulların fiziki-kimyəvi analizlərini həyata keçirmək;
- Analiz nəticələrini vaxtında qeydiyyata almaq, təhlil etmək və hesabat təqdim etmək;
- Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Laboratoriya cihazlarının kalibrasiyası və yoxlanılmasını həyata keçirmək;
- Laboratoriya üçün zəruri məhlul, reaktiv və indikatorları hazırlamaq və nəzarətdə saxlamaq;
- Reaktiv və kimyəvi maddələrin saxlanmasına, sərfiyyatına və uçotuna nəzarət etmək;
- Laboratoriya sənədlərinin, analiz nəticələrinin və qeydlərin düzgün aparılmasını təmin etmək;
- Akkreditasiya və keyfiyyət idarəetmə sistemi ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
Namizədə tələblər:
- Ali təhsil (Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində)
- Minimum 1 il iş təcrübəsi
- Exel, Word, Outlook proqramları üzrə biliklər
- Azərbaycan dili (əla), rus dili (orta) bilikləri
- Müxtəlif metodlarla analizlər aparmaq və nəticələri müqayisə edə bilmək
- Nümunə götürmə qaydalarını bilmək
- Müxtəlif reaktivlərin hazırlanması və faktor hesablamalarını apara bilmək
- Laboratoriya cihazlarının istifadəsi, kalibrlənməsi və yoxlanılması üzrə biliklər
- ISO 17025 standartlarının əsas prinsiplərini bilmək
- Analitik düşüncə və yüksək məsuliyyətlilik.
İş Qrafiki: Dəyişkən növbəli iş rejimi
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Laborant” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
ATS Food LLC, founded in 1999, is one of the largest food manufacturers in Azerbaijan, producing flour, bread, pasta and confectionery through its Bismak and Çörəkçi factories.
ATS Food — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Daxili audit yoxlamalarını aparır, maliyyə hesabatları və risklərin idarə olunması üzrə bilik tələb olunur.
Kredit sənədlərinin işlənməsi və nağd pul əməliyyatlarını aparmaq üçün maliyyə bilikləri tələb olunur.
Gömrük prosedurlarını həyata keçirir, gömrük sənədlərini hazırlayır və ən azı 2 il təcrübəsi olmalıdır.




