Mikrobioloji analizlər aparır, qida təhlükəsizliyi və laboratoriya iş prinsiplərini bilir.
Vakansiya haqqında
- Klinik materialların mikrobioloji müayinəsini həyata keçirmək, uyğun laborator diaqnostika metodlarını seçmək, müayinə nəticələrini qiymətləndirmək və klinik əhəmiyyətini şərh etmək.
- Bakterioloji və mikoloji müayinələri aparmaq, mikroorqanizmlərin identifikasiyasını və antimikrob preparatlara həssaslığının təyin edilməsini qüvvədə olan standartlara və laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək.
- Parazitoloji müayinələri müvafiq standartlara və laboratoriya prosedurlarına uyğun aparmaq.
- Klinik nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi proseslərinin preanalitik tələblərə uyğunluğuna nəzarət etmək.
- Mikrobioloji müayinələrin analitik və postanalitik mərhələlərində keyfiyyətin təmin olunmasında iştirak etmək, laborator nəticələrin düzgünlüyünü və etibarlılığını qiymətləndirmək.
- Antimikrob həssaslıq testlərinin nəticələrini müvafiq beynəlxalq standartlara uyğun qiymətləndirmək və zəruri hallarda klinik şöbələrlə nəticələrin interpretasiyası üzrə peşəkar məsləhətləşmələr aparmaq.
- Klinik və epidemioloji əhəmiyyət daşıyan mikroorqanizmlərin, o cümlədən antimikrob rezistentlik göstəricilərinin aşkarlanması, qeydiyyatı və monitorinqində iştirak etmək.
- İnfeksiyaların profilaktikası və nəzarəti, antimikrob preparatların rasional istifadəsi və antimikrob rezistentliyin monitorinqi istiqamətində klinikanın aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək.
- Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), keyfiyyətə nəzarət sənədlərinin və digər laborator sənədlərin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.
- Laboratoriya avadanlıqlarının, reaktivlərin və sərf materiallarının düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək, biotəhlükəsizlik və infeksiyaya nəzarət tələblərinə riayət etmək.
- Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, mikrobioloji müayinələrin seçilməsi, nümunələrin düzgün götürülməsi və laborator nəticələrin klinik interpretasiyası ilə bağlı peşəkar məsləhət vermək.
- Universitet klinikasının tədris, elmi-tədqiqat və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Xankəndi şəhərində yerləşir.
Müraciət üçün son tarix 21 oktyabr 2026-cı ildir.
İş günü və saatları barədə məlumat verilməyib.
Namizədə tələb olunan sənədlər barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikrobioloq üzrə Xankəndida digər açıq elanlar.

