Əməliyyat öncəsi və sonrası anesteziya hazırlığı və xəstə monitorinqi üzrə təcrübəli tibb bacısı.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Feldşer müalicə-profilaktika və sanitar-profilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardım göstərilməsini həyata keçirir;
- Laborator tədqiqatlar aparır;
- Xəstəliklərin terapiya və profilaktikasının müasir metodlarından istifadə edərək ən çox rast gəlinən xəstəliklərin tipik hallarının diaqnostikasını aparır və müalicə təyin edir, resept yazır;
- Həkiməqədər tibbi yardımı göstərir;
- Əməliyyatlar və mürəkkəb prosedurlar zamanı həkimə assistentlik edir, normal doğuşları qəbul edir;
- Cari sanitar nəzarətini həyata keçirir, epidemiya əleyhinə tədbirləri təşkil edir və aparır;
- Əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil edir və aparır;
- Uşaqlara və böyüklərə profilaktik peyvəndləri təşkil edir və aparır;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata keçirir;
- Dərman preparatlarının saxlanılması, qeydiyyatı və silinməsini, pasiyentlər tərəfindən dərman preparatlarının qəbul edilməsi qaydalarına riayət olunmasını təmin edir;
- Tibbi qeydiyyat-hesabat sənədləşdirməsini aparır;
- Xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar maarifləndirmə işini apar;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir;
- Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 10 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarFeldşer üzrə Bakıda digər açıq elanlar.
Görmə qabiliyyətini yoxlayır, refraktometriya aparır və eynək reseptləri tərtib edir.
Pasiyentlərin sağlamlığını Çin təbabəti və refleksoterapiya ilə bərpa etmək üçün akupunktur mütəxəssisi axtarılır.

