Psixoloji xidmət göstərir, güclü kommunikasiya və analitik düşüncə bacarıqları tələb olunur
Vakansiya haqqında
İş Yeri: Lənkəran
Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Lənkəranda yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
- Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
- Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
Namizədə dair tələblər:
- Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi. Magistr və ya daha yüksək dərəcə üstünlükdür.
- Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ.
- Fərdi terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi.
- Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə sübut olunmuş iş təcrübəsi.
- Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər.
- Kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları. Azərbaycan dilini mükəmməl bilmək tələb olunur; ingilis dili biliyi böyük üstünlükdür.
- Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
- Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır.
Üstünlük hesab olunan əlavə bacarıqlar:
- Sübutlara əsaslanan yanaşmalar üzrə təcrübə, o cümlədən travmaya fokuslanan koqnitiv-davranış terapiyası (CBT), ailə terapiyası, oyun terapiyası, ARC — Bağlılıq, Özünü Tənzimləmə və Bacarıqların İnkişafı yanaşması və ya oxşar metodlarla iş təcrübəsi.
- Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi.
Təklif olunur:
- Müqavilə müddəti: 12 ay
- İcmada uşaqların və ailələrin psixi sağlamlığına real təsir göstərmək üçün mənalı imkan
- Peşəkar superviziya və potensialın artırılması imkanları
Hesabatlılıq:
- Psixoloq birbaşa Layihə Koordinasiya Komandasına hesabat verəcək və fəaliyyətlərin vaxtında icrasına, eləcə də yüksək keyfiyyətli irəliləyiş hesabatlarının təqdim edilməsinə görə məsuliyyət daşıyacaqdır.
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Psixoloq vakansiyası – Lənkəran” qeyd olunmalıdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Psixoloq üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
12 açıq vakansiya, 34 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Psixoloq kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Lənkərandır.
Minimum 5 il peşəkar iş təcrübəsi tələb olunur.
CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətləri təqdim edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçE-mail mövzu hissəsində “Psixoloq vakansiyası – Lənkəran” qeyd olunmalıdır.
Müqavilə müddəti 12 aydır.
Ali təhsil, magistr və ya daha yüksək dərəcə üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPsixoloq üzrə Bakıda digər açıq elanlar.
Sumqayıtda fərdi və qrup psixoloji məsləhət verən, 5 il təcrübəsi olan psixoloq axtarılır.
Uşaqlarla işləyən psixoloq axtarılır, müvafiq ali təhsil və peşəkarlıq tələb olunur
Xidmət istifadəçilərinə fərdi psixoterapiya və psixoloji konsultasiya göstərmək üçün 1 il təcrübə tələb olunur


