Maaş göstərilməyib6 gün qalıb
Vakansiya haqqında
Vəzifənin təsviri:
- Pediatrik pasiyentlərin yaş xüsusiyyətlərinə uyğun tibb bacılığı baxımını və müşahidəsini həyata keçirmək.
- Yenidoğulmuş, körpə, uşaq və yeniyetmə pasiyentlərin fiziki vəziyyətini qiymətləndirmək və həyati göstəricilərini davamlı izləmək.
- Həyati göstəricilərdə və pasiyentin ümumi vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq.
- Diaqnostik, müalicə və profilaktik prosedurların icrasında həkimə və tibbi komandaya dəstək göstərmək.
- Həkim təyinatına əsasən dərman vasitələrinin hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək.
- Uşaqlarda dərmanların yaşa və çəkiyə uyğun doza hesablanması zamanı təhlükəsizlik qaydalarına riayət etmək.
- Venadaxili giriş, infuziya terapiyası, biomaterial nümunələrinin götürülməsi və digər əsas klinik prosedurlarda iştirak etmək.
- Uşaqlarda təcili vəziyyətlərin ilkin qiymətləndirilməsi və əsas həyat dəstəyi tədbirlərində iştirak etmək.
- Peyvəndləmə, inkişafın izlənməsi və pediatrik profilaktik tədbirlərin həyata keçirilməsində iştirak etmək.
- Valideyn və ya qanuni nümayəndələrə uşağın baxımı, müalicə prosesi, dərman qəbulu, gigiyena, qidalanma və profilaktik tədbirlər barədə maarifləndirici məlumat vermək.
- Uşağın təhlükəsizliyini, rahatlığını və psixoloji komfortunu qorumaq.
- Pasiyent təhlükəsizliyi, yıxılmaların və dərman səhvlərinin qarşısının alınması prinsiplərinə riayət etmək.
- Tibbi müdaxilələr, müşahidə nəticələri, dərman tətbiqləri və pasiyentlə bağlı digər məlumatları tibbi sənədlərdə və elektron qeydiyyat sistemində düzgün qeyd etmək.
- İnfeksiya nəzarəti, aseptika-antiseptika qaydaları və izolasiya tədbirlərinə riayət etmək.
- Tibbi etika, konfidensiallıq və peşəkar davranış prinsiplərinə uyğun fəaliyyət göstərmək.
- Həkimlər, digər tibb bacıları və aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək.
- Klinik protokollara, daxili prosedurlara, pasiyent təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.
Yerləşmə
Xankəndi
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026
Dillər
Azerbaijani
Son tarix
23 sentyabr 2026
Şirkət haqqında
Qarabağ Universitetinin Klinikası
Hospitals and Health Care · 51-200 · Xankəndi
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Qarabağ Universitetinin Klinikası — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyibSon gün
Maaş göstərilməyib
Maaş göstərilməyib
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə işləri idarə etmək üçün 2-3 il təcrübə tələb olunur

