Vakansiya haqqında
Qarabağ Universitetindən vakansiya: Tibb bacısı tələb olunur
Vəzifə öhdəlikləri:
- Universitetin tibb məntəqəsində universitet icmasının tibb bacısının səlahiyyətləri çərçivəsində ilkin tibbi yardım və gündəlik sağlamlıq ehtiyaclarına cavab verən, əlçatan və təhlükəsiz tibb bacılığı xidməti göstərmək;
- Universitet icmasının sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsini aparmaq, zəruri hallarda həkimə və ya ixtisaslaşmış tibb müəssisəsinə yönləndirilməsini təmin etmək, yönləndirmədən sonra zəruri hallarda nəticəni izləmək və davamlılığın təmin olunmasına dəstək göstərmək;
- Həkim təyinatları əsasında tibbi prosedurları həyata keçirmək və tibbi xidmətlərin təhlükəsiz və düzgün icrasını təmin etmək;
- Yıxılma, travma, huşun pozulması, kəskin xəstəlik və digər təcili hallarda standart ilkin yardım alqoritmlərinə uyğun hərəkət etmək;
- Universitet icmasında sağlamlıq risklərini erkən müəyyənləşdirmək; arterial təzyiq, bədən çəkisi və digər sadə göstəricilər üzrə ilkin qiymətləndirmələri tibb bacısının səlahiyyətləri çərçivəsində aparmaq, risk olduqda uyğun xidmətə yönləndirmək;
- Universitet icmasına sağlam həyat tərzi, qidalanma, fiziki aktivlik, yuxu, stressin idarə olunması, xroniki xəstəlik risklərinin azaldılması və digər uyğun mövzularda tibb bacısının səlahiyyətləri daxilində fərdi sağlamlıq məsləhətçiliyi vermək;
- Psixoloji sıxıntı və ya psixososial risk əlamətləri müşahidə edildikdə ilkin dəstəkləyici ünsiyyət qurmaq, təhlükə əlamətlərini tanımaq və şəxsi universitet psixoloquna, həkimə və ya digər uyğun xidmətə yönləndirmək;
- Tibbi preparatların, sarğı materiallarının, tibbi avadanlıq və ləvazimatların düzgün saxlanılmasına, istifadəsinə və uçotuna nəzarət etmək;
- Tibb məntəqəsinin sanitariya-gigiyena və infeksiyaya nəzarət tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etmək, yoluxucu xəstəlik əlamətlərinin erkən tanınması və universitet daxilində uyğun infeksiya profilaktikası tədbirlərinin təşkili üzrə aidiyyəti bölmələrlə əməkdaşlıq etmək;
- Universitet icmasının sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və xəstəliklərin profilaktikası ilə bağlı maarifləndirici tədbirlərdə iştirak etmək, ehtiyaclara əsaslanan sağlamlıq maarifləndirilməsi proqramları, qısa təlimlər və kampaniyalar planlaşdırmaq və həyata keçirmək;
- Universitet icmasının sağlamlıq ehtiyaclarını və təkrarlanan müraciətləri ümumi səviyyədə təhlil etmək, fərdi məxfiliyi qorumaqla risk sahələri və profilaktik tədbirlər barədə rəhbərliyə təkliflər vermək;
- Universitetdə tələbə və əməkdaşların təhlükəsizliyinə təsir edə biləcək sağlamlıq risklərinin – məsələn, yıxılma riski, ergonomik problemlər, yoluxucu xəstəliklər və digər ətraf mühit risklərinin – müəyyənləşdirilməsində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
- Universitetdə keçirilən tədbirlər zamanı tibbi xidmət və ilkin yardımın təşkilində iştirak etmək, kütləvi tədbirlər üçün ilkin tibbi yardım hazırlığını və zəruri tibbi ləvazimatların mövcudluğunu əvvəlcədən planlaşdırmaq;
- Göstərilən tibbi xidmətlər üzrə müraciətlərin səbəbləri, yönləndirmələr və profilaktik fəaliyyətlər üzrə strukturlaşdırılmış qeydiyyat aparmaq;
- Tələbə və əməkdaşların şəxsi və tibbi məlumatlarının məxfiliyini qorumaq, peşə etikası və müəyyən edilmiş qaydalara riayət etmək;
- Universitet rəhbərliyi, Qarabağ Universiteti Klinikası və aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək və vəzifə üzrə digər tapşırıqları yerinə yetirmək;
- Universitet daxilində tibb bacılığı peşəsinin müasir, görünən və etibarlı təmsilçisi kimi fəaliyyət göstərmək; təşəbbüskar olmaq, xidmətin inkişafı üçün təkliflər irəli sürmək və gələcəkdə universitet icma sağlamlığı xidmətinin formalaşdırılmasına töhfə vermək.
Namizədlərə tələblər:
- Təhsil: Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət tibb kollecində və ya universitetlərdə Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili; qanunvericiliklə tələb olunan peşə sənədlərinə uyğunluq
- İş təcrübəsi: Tibb bacısı kimi müvafiq iş təcrübəsi;
- İlkin tibbi yardım, tibbi prosedurlar, sanitariya-gigiyena və infeksiyaya nəzarət qaydaları üzrə bilik və praktiki bacarıqlar;
- Klinik müşahidə, ilkin qiymətləndirmə və triaj bacarığı; təcili və təxirəsalınmaz hallarda çevik və düzgün qərar vermək bacarığı;
- Tələbələr, akademik, inzibati və digər əməkdaşlarla effektiv, etik və hörmətli kommunikasiya qurmaq bacarığı;
- Sağlamlıq mövzusunda fərdi məsləhət vermək, maarifləndirici təqdimat və qısa təlim aparmaq bacarığı;
- Özünü aydın ifadə etmək, peşəni layiqincə təmsil etmək, təşəbbüs göstərmək və müstəqil işləməklə yanaşı komanda ilə əməkdaşlıq etmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik, stressə davamlılıq və komanda ilə işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı.
Üstünlük veriləcək:
- Ali təhsil müəssisəsində, tələbə sağlamlığı mərkəzində və ya təhsil mühitində tibb bacısı kimi iş təcrübəsi;
- İcma sağlamlığı, ailə sağlamlığı, məktəb/universitet sağlamlığı və ya işçi sağlamlığı sahəsində təcrübə;
- Tələbələr və gənclərlə, eləcə də müxtəlif yaş qruplarından olan əməkdaşlarla işləmək təcrübəsi;
- Təcili yardım, ilk yardım, əsas həyat dəstəyi (BLS), triaj, infeksiyaların profilaktikası və digər müvafiq istiqamətlər üzrə əlavə təlim və sertifikatlar;
- Sağlamlıq maarifləndirilməsi, profilaktik proqramların və sağlamlıq kampaniyalarının təşkili təcrübəsi;
- Liderlik potensialı, xidmətin qurulması və inkişafı ilə bağlı təşəbbüs göstərmək bacarığı.
İş şərtləri:
– İş yeri: Xankəndi (Xankəndi şəhərində mənzil təminatı)
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyada qeyd olunan yaş, cins və ya digər xüsusi meyarlar yalnız işəgötürənin tövsiyə etdiyi və arzuolunan parametrləridir, qəti məhdudiyyət və ya tələb xarakteri daşımır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir. Elanın məzmununun doğruluğuna və qanunauyğunluğuna görə tam hüquqi məsuliyyəti elanı yerləşdirən işəgötürən daşıyır.
5/5 - (1 səs)Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tibb bacısı üzrə bazar adətən 500–700 ₼ ödəyir, median — 575 ₼.
17 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tibb bacısı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xankəndi şəhəridir və mənzil təminatı mövcuddur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Orta ixtisas və ya ali tibb təhsili, tibb bacısı ixtisası üzrə olmalıdır.
İlkin tibbi yardım, tibbi prosedurlar, sanitariya-gigiyena, infeksiyaya nəzarət və klinik müşahidə bacarıqları tələb olunur.
MS Office proqramlarından istifadə bacarığı tələb olunur.
Ali təhsil müəssisəsində və ya tələbə sağlamlığı mərkəzində iş təcrübəsi üstünlükdür.
CV qeyd olunmuş ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTibb bacısı üzrə Xankəndidə digər açıq elanlar.
Uşaqların sağlamlığını qorumaq və müayinə etmək üçün pediatrik tibbi bilik tələb olunur.
Təcrübəli tibb bacısı kimi xəstələrə qayğı göstərmək və məsuliyyətlə işləmək.
Əməliyyat zamanı anesteziya üzrə tibb bacısı kimi kömək etmək və xəstə monitorinqi aparmaq.




