Vakansiya haqqında

Vəzifənin məqsədi

Medikal Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.

Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd məhsulların həkimlər

tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
  • Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

BioHerbal Baku MMC
Əczaçılıq sənayesi · 10-50 · Baku

2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur.

BioHerbal Baku MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Medikal tanıtım nümayəndəsi
Müraciət et