Presentation SkillsCustomer Relationship ManagementMedical Product Knowledge
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 500 ₼
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı /Yaş aralığı: 25 – 40 / İş rejimi: Tam ştat (sahə işi)Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlərtərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etməkŞirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılmasıHəkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılmasıElmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrasıHəkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsiTəlimlərdə və elmi toplantılarda aktiv iştirak etməkSatış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək Xüsusi tələblər Təhsil (aidiyyatlı ixtisaslar):Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.Təcrübə:Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazırTəcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübəDigər tələblər:Həkimlərlə peşəkar kommunikasiya bacarığıElmi mətnləri anlama və izah etmə qabiliyyətiSəyyar iş rejiminə uyğunluqMS Office bilikləriDil bilikləri (ingilis və ya rus dili) üstünlükdürTəklif etdiklərimiz800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)Premya sistemiYemək kartıBenzin kartıGeyim dəstəyiDavamlı təlim və inkişaf imkanlarıGüclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanıMüraciət qaydası: mövzü hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron email ünvanına göndərin.Bu vakansiya kimlər üçün deyil“Sadəcə satış etmək istəyirəm” deyənlərElmi mövzulara maraqsız olanlarHəkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlərBu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Risk ManagementStakeholder ManagementContract Negotiation
Presentation SkillsClient Relationship ManagementEvent Organization
Market AnalysisStakeholder ManagementPartner Relationship Management

