Həkim və apteklərlə görüşlər keçirir, tibbi nümayəndələrin işinə nəzarət edir və satış planını icra edir
Vakansiya haqqında
Medikal tanıtım nümayəndəsi (Bakı / Sumqayıt)
2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq.
Biz sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmirik, eyni zamanda təmsil etdiyimiz beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikik. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığımız sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edirik.
BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi
Medikal Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd məhsulların həkimlər
tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər:
Təhsil (aidiyyatlı ixtisaslar):
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.
Təcrübə:
Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə
Digər tələblər:
Həkimlərlə peşəkar kommunikasiya bacarığı
Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
Yaş aralığı: 25 – 40
İş yeri: Bakı
İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
Premya sistemi
Qidalanma kartı
Yol xərci və ya avtomobil varsa yanacaq kartı
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Bu vakansiya kimlər üçün Deyil
“Sadəcə satış etmək istəyirəm” deyənlər
Elmi mövzulara maraqsız olanlar
Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Tibbi nümayəndə üzrə bazar adətən 700–1 100 ₼ ödəyir, median — 850 ₼.
56 açıq vakansiya, 37 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tibbi nümayəndə kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Vəzifə Bakı və Sumqayıt şəhərlərindədir.
Maa15f 800ı500 arasıdır.
Tibbi tanıtım nəzərdə tutulur, amma satış yönlümlü deyil.
Elmi, klinik biliklərə malik olmaq və medikal strategiyanı icra etmək bacarıę5i tələb olunur.
Namizədlər CV-lərini e-poçtaya göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTibbi nümayəndə üzrə digər açıq elanlar.
Tibbi məhsulları həkim və əczaçılara təqdim edir, təqdimat bacarığı tələb olunur.
Tibbi məhsulları həkim və əczaçılara təqdim edir, təqdimat bacarığı tələb olunur.
Kosmetoloji və tibbi cihazların satışını həyata keçirir, satış və müştəri əlaqələri bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




