Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, Turkish
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Şirkətin məhsulları haqqında yüksək səviyyədə biliklərə sahib olmaq və onları Bakı şəhəri və bölgələr ərazisində effektiv şəkildə tanıtmaq.
  • Gündəlik həkim ziyarətləri və əvvəlcədən razılaşdırılmış tədbirlər (təlimlər, dəyirmi masalar, konfranslar, sərgilər və s.) çərçivəsində aptek əməkdaşları və həkimlər üçün məhsullar üzrə təlim proqramlarının təşkili və keçirilməsi.
  • Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
  • Şirkətin strategiyasına uyğun olaraq müntəzəm ziyarətlər vasitəsilə aptek müdirləri, şöbə rəhbərləri və digər səhiyyə işçiləri ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi və davamlı saxlanılması.
  • Ərazidəki apteklərdə tövsiyə olunan məhsul assortimentinin mövcudluğunu təmin etmək, hər bir aptek üçün optimal məhsul ehtiyatı üzrə tövsiyələr vermək, həmçinin şirkət məhsullarının apteklərdə mövcudluğunu və stok səviyyəsini idarə etmək.

Əsas tələblər:

  • Ali əczaçılıq və ya tibb təhsili.
  • Apteklər və ya həkimlərlə analoji vəzifədə minimum 1- il iş təcrübəsi.
  • Müştəriyönümlü yanaşma.
  • Güclü ünsiyyət və təqdimat bacarıqları.
  • Məsuliyyətli, intizamlı və öyrənməyə açıq olmaq.
  • Böyük həcmdə məlumatla işləmək bacarığı.
  • Nəticəyönümlülük və yüksək iş göstəricilərinə nail olmaq istəyi.
  • Word, PowerPoint və Excel proqramlarında sərbəst işləmək bacarığı.
  • B kateqoriyalı sürücülük vəsiqəsi.

Biz təklif edirik:

  • İtaliya istehsalı olan Lactoflorene® probiotik kompleksləri
  • Maraqlı iş mühiti və müxtəlif layihələr.
  • Stabil şirkətdə rəqabətqabiliyyətli əməkhaqqı.
  • Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul.
  • Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Beynalxalq şirkətdə çalışmaq imkanı.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tibbi nümayəndə
Müraciət et