Həkimlərə məhsulların elmi əsaslarla təqdimatını edir və medikal təmsilçilik aparır, minimum 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.
Vəzifənin məqsədi
Medikal Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd məhsulların həkimlər
tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
- Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
- Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
- Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
- Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
- Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
- Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
- Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Təhsil (aidiyyatlı ixtisaslar):
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.
Təcrübə:
- Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır
- Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə
Digər tələblər:
- Həkimlərlə peşəkar kommunikasiya bacarığı
- Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
- Səyyar iş rejiminə uyğunluq
- MS Office bilikləri
- Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
- İş yeri: Bakı
Yaş aralığı: 25 – 40
- İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
- 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
- Bonus sistemi
- Qidalanma kartı
- Yol xərci və ya avtomobil mövcuddursa yanacaq kartı
- Davamlı təlim və inkişaf imkanları
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
- Müraciət qaydası: mövzü hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron email ünvanına göndərə bilərsiniz.
Bu vakansiya kimlər üçün DEYİL
- “Sadəcə satış etmək istəyirəm” deyənlər
- Elmi mövzulara maraqsız olanlar
- Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tibbi nümayəndə üzrə bazar adətən 850–1 050 ₼ ödəyir, median — 900 ₼.
65 açıq vakansiya, 43 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tibbi nümayəndə kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş rejimi həftə içi 09:00-18:00 saatları arasındadır.
Əmək haqqı 800-1500 AZN arasında, təcrübəyə görə dəyişir.
Yaş aralığı 25-40 yaşdır.
Mövzu hissəsində vakansiya adını qeyd edərək CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTibbi nümayəndə üzrə Bakıda digər açıq elanlar.
Tibbi məhsulları həkim və əczaçılara təqdim edir, təqdimat bacarığı tələb olunur.
Tibbi məhsulları həkim və əczaçılara təqdim edir, təqdimat bacarığı tələb olunur.
Tibbi satış üzrə müraciətləri cavablandırır, müalicə planını izah edir və satışa çevirir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




