Uşaqların sağlamlığını qorumaq və müayinə etmək üçün pediatrik tibbi bilik tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Potensial donor və resipiyentlərlə bağlı məlumatların Vahid Dövlət İnformasiya Bazasına daxil edilməsini və düzgün uçotunu təmin etmək.
- Donor-resipiyent uyğunluğunun müəyyən edilməsi üçün tibbi məlumatları emal etmək və aidiyyəti tibb müəssisələri ilə koordinasiya aparmaq.
- Beyin ölümü baş vermiş şəxslərlə bağlı məlumatları operativ qəbul etmək
- Məlumatlandırılmış razılıq prosesinin təşkilində iştirak etmək
- Donor orqanlarının götürülməsi, hazırlanması, saxlanılması, daşınması və transplantasiyası proseslərinin koordinasiyasında iştirak etmək.
- Mərkəz, donor təşkilatları və transplantasiya həyata keçirən tibb müəssisələri arasında operativ məlumat mübadiləsini təmin etmək.
- Donor və resipiyentlər üzrə hesabat, qeydiyyat və digər xidməti sənədlərin hazırlanmasını və arxivləşdirilməsini təmin etmək.
- Təcili hallarda aidiyyəti tibb müəssisələri ilə operativ koordinasiyanı həyata keçirmək.
- Tibbi etika, məxfilik və fərdi məlumatların qorunması tələblərinə riayət etmək.
- İdarə Heyətinin sədrinin, sədr müavinlərinin və Koordinasiya şöbəsi müdirinin xidməti tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Ali tibb təhsili.
- Həkim anestezioloq-reanimatoloq ixtisası üzrə peşə hazırlığı.
- Müvafiq ixtisas üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsi.
- Reanimasiya, intensiv terapiya və ya anesteziologiya sahəsində praktiki iş təcrübəsi.
- Ağır və kritik vəziyyətdə olan pasiyentlərin klinik qiymətləndirilməsi üzrə bilik və bacarıqlar.
- Tibbi sənədlər və elektron informasiya sistemləri ilə işləmək bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Müraciət üçün ali tibb təhsili və sertifikasiya tələb olunur.
Reanimasiya, intensiv terapiya və ya anesteziologiya sahəsində praktiki iş təcrübəsi tələb olunur.
Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dilləri isə üstünlükdür.
Müraciət üçün sənədlər e-mail vasitəsilə göndərilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTransplantasiya üzrə koordinator üzrə Bakıda digər açıq elanlar.
Beton, asfalt-beton və qrunt sınaqlarını aparır, laboratoriya sınaqları üzrə 3 il təcrübəsi var.
Təcrübəli tibb bacısı kimi xəstələrə qayğı göstərmək və məsuliyyətlə işləmək.


