Təcili tibbi yardım göstərir, pasiyentin vəziyyətini qiymətləndirir və müalicə planı hazırlayır.
Vakansiya haqqında
Vəzifənin təsviri:
- Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə dayaq-hərəkət sistemi xəstəlikləri və travmaları üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə planını hazırlamaq və icrasını təmin etmək.
- Travmatik zədələr və ortopedik xəstəliklər üzrə pasiyentlərin müayinəsini aparmaq, klinik, instrumental və laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoymaq və müvafiq müalicə taktikasını müəyyən etmək.
- Zəruri hallarda ortopedik və travmatoloji cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesinin təşkili və icrasını təmin etmək.
- Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək.
- Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək.
- Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Xankəndi, Khankendi
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
29 dekabr 2026
Baxış
13
Şirkət haqqında
Qarabağ Universitetinin Klinikası
Hospitals and Health Care · 51-200 · Xankəndi
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTravmatoloq-ortoped üzrə Xankəndidə digər açıq elanlar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Pasiyentlərin sağlamlığını Çin təbabəti və refleksoterapiya ilə bərpa etmək üçün akupunktur mütəxəssisi axtarılır.
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
