Quality ControlCivil EngineeringAutoCAD
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Fakültəsi (AZSET) AzTU-nun nəzdində fəaliyyət göstərəcək və “TUMint”in akademik dəstəyi ilə ödənişsiz, tam ingilis dilində təhsil təqdim edəcəkdir.Dərs cədvəli və kurs təşkiliProqram direktoru və müəllim heyəti ilə əməkdaşlıq edərək semestrlər üzrə dərs cədvəlini hazırlamaq;AzTU-nun daxili qaydalarına və “TUM International”in proqram tələblərinə uyğun olaraq dərs yükü üzrə tədris saatlarını bölüşdürmək;Auditoriya və laboratoriya qrafikini idarə etmək, yaranan uyğunsuzluqları aktiv şəkildə aradan qaldırmaq;Təsdiqlənmiş dərs cədvəlini tələbələrə, müəllimlərə və inzibati heyətə vaxtında təqdim etmək."TUM International" kurikulumunun tətbiqi“TUM International”in məsləhəti əsasında hazırlanan kurikulumun tətbiqi üçün daxili koordinasiyanı həyata keçirmək;“TUM International” nümayəndələri ilə proqramın icrası tələbləri barədə əlaqə saxlamaq;Kurikulum uyğunluğuna nəzarət etmək, uyğunsuzluqlar olduqda onları qeydə almaq;AzTU-da daxili qaydada institusional təsdiq üçün tələb olunan akademik sənədlərin hazırlanmasına dəstək olmaq.Müəllim heyəti ilə əlaqəYerli və beynəlxalq müəllimlərin dərs hazırlığını, qrafik və akademik məsələləri idarə etmək;Kurs proqramlarını, imtahan suallarını və qiymətləndirmə qeydlərini toplamaq, yoxlamaq və arxivləşdirmək;Layihə koordinatorı ilə əməkdaşlıq edərək müəllimlərin logistik məsələlərini koordinasiya etmək;Yeni müəllim heyətinin AZSET prosedurları və sistemlərə adaptasiyasına dəstək göstərmək.Keyfiyyətin təminatıProqramın icrasını razılaşdırılmış keyfiyyət standartları və “TUM International” məsləhət meyarları ilə müqayisəli şəkildə izləmək;Proqram direktoru üçün müntəzəm keyfiyyət monitorinq hesabatları hazırlamaq;Akademik ilin başlanması üçün bütün materialların hazırlanmasını koordinasiya etmək;Gələcək akkreditasiya və institusional nəzərdən keçirmə proseslərini dəstəkləmək üçün sənədləri hazırlamaq;Tələbələrin rəy sorğusu proseslərini koordinasiya etmək, məlumatların müvafiq qaydada istifadə olunmasını təmin etmək. Xüsusi tələblər Təhsil idarəetməsi, mühəndislik və ya əlaqəli sahə üzrə magistr dərəcəsi;Akademik administrasiya və ya proqram koordinasiyası sahəsində minimum 2 il iş təcrübəsi;Azərbaycan ali təhsil qaydaları ilə iş təcrübəsi;Azərbaycan və ingilis dillərini (yazılı və şifahi) sərbəst bilmək;MS Office proqramlarında (xüsusilə dərs cədvəli və kurs planlaşdırması üçün Excel) yüksək bacarıq;Yüksək təşkilatçılıq qabiliyyəti, eyni zamanda müxtəlif proseslərin idarə edilməsi bacarığı;Beynəlxalq akademik proqramla iş təcrübəsi;Avropa akademik kredit sistemləri (ECTS) və keyfiyyət təminatı sahəsində məlumatlılıq və təcrübə;Ali təhsil müəssisəsində iş təcrübəsi üstünlük hesab olunur. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Quality ControlISO 45001Audit
Business Process ModelingAnalytical ThinkingMicrosoft Office
SchedulingLogistics CoordinationMicrosoft Excel



