Müxtəlif yaş qrupları üçün Alman dili dərsləri keçir və minimum 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Rus dilində sərbəst danışan alman dili müəllimi axtarırıq — tələbələrimizin bir hissəsi rusdillidir, izahları rus dilində verə bilməlisiniz.
Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq.
Vəzifə öhdəlikləri
- A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi
- Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə
- Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması
- Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş
Tələblər
- Alman dili: minimum B1. Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək
- Rus dili: sərbəst ünsiyyət — dərsləri rusdilli tələbələrə də izah edə bilmək
- Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı
- Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
- Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil
- Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti
- İki həftə ərzində işə başlaya bilmək
- Yaş həddi: 35 yaşadək
- Cins: qadın
Üstünlük sayılır
- Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet)
- İngilis dili bilmək
Biz nə təklif edirik
- Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək
- Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xətai metrosu yaxınlığındadır.
Yaş həddi 35 yaşadəkdir.
Sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək.
Namizədlər elektron poçt vasitəsilə müraciət etməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAlman dili müəllimi üzrə Bakıda digər açıq elanlar.
Alman dili müəllimi kimi fərdi və qrup dərslər aparmaq və yaxşı səviyyədə alman dili bilmək.
Alman dili müəllimi kimi dərs keçmək və yüksək səviyyədə dil biliklərinə malik olmaq.
Alman dili müəllimi kimi dərs deyir, Alman dili bilikləri tələb olunur.

