Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş qrafiki: Həftə içi 6 gün, 14:00 dan–18:00 dək
Əmək haqqı: Sabit maaş + satış bonusu
Karyera yüksəlişi imkanı
Beynəlxalq təhsil sərgilərində və tədbirlərdə iştirak imkanı
Peşəkar inkişaf və təlim proqramları
Rahat ofis şəraiti və gənc kollektiv
Xarici partnyorlarla işləmək və beynəlxalq təcrübə qazanmaq imkanı
2 həftə sınaq müddəti tətbiq olunur.
Vəzifə öhdəlikləri
Xaricdə təhsil proqramları barədə tələbə və valideynlərə ətraflı məlumat vermək
Müştərilərin ehtiyaclarına uyğun universitet, məktəb və proqram seçimi etmək
Potensial tələbələrlə görüşlər, konsultasiyalar və təqdimatlar keçirmək
Universitetlər, dil məktəbləri və beynəlxalq tərəfdaşlarla əlaqələri idarə etmək
Tələbələrin qeydiyyat, qəbul və sənəd prosesinə nəzarət etmək
Viza prosesi üçün ilkin istiqamətləndirmə və dəstək göstərmək
Telefon, WhatsApp, e-mail və sosial media üzərindən müraciətləri cavablandırmaq
Təhsil sərgiləri, seminarlar və təqdimat tədbirlərində şirkəti təmsil etmək.
Tələblər
Ali təhsil (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür)
Azərbaycan və rus dillərində danışıq bacarığı
İngilis dili biliyi arzuolunandır
Güclü ünsiyyət və təqdimat bacarıqları
Müştərilərlə işləmək və satış etmək bacarığı
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Komandada işləmək bacarığı
MS Office proqramlarında işləmək bacarığı
Sosial media və onlayn kommunikasiya alətlərindən istifadə bacarığı
Xarici universitetlər və təhsil sistemləri haqqında ilkin bilik üstünlükdür
Aktiv, pozitiv və öyrənməyə açıq olmaq.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

