Vakansiya haqqında

Xaricdə Təhsil üzrə Mütəxəssis

Academor komandamıza nəticəyönümlü, araşdırma bacarığı güclü və tələbələrlə işləməyi sevən Xaricdə Təhsil üzrə Mütəxəssis axtarırıq.

Əgər xarici universitetlər, qəbul prosesləri və təqaüdlər haqqında araşdırma aparmağı, tələbələrə düzgün istiqamət verməyi və onların xaricdə təhsil hədəflərinə çatmasına dəstək olmağı sevirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Tələbə və valideynlərə xaricdə təhsil imkanları üzrə peşəkar konsultasiya vermək

  • Tələbənin akademik və şəxsi profilinə uyğun ölkə, universitet və proqramların araşdırılması və seçilməsi

  • Bakalavr və magistr proqramları üzrə qəbul imkanlarının araşdırılması

  • Təqaüd proqramlarının, qəbul şərtlərinin və deadline-ların mütəmadi araşdırılması

  • Tələbələr üçün uyğun təqaüd və maliyyələşmə imkanlarının müəyyənləşdirilməsi

  • Universitet müraciətlərinin hazırlanması və prosesin mərhələli şəkildə koordinasiyası

  • Tələbənin sənədlərinin toplanması, yoxlanılması və müraciət prosesinin izlənilməsi

  • Motivasiya məktubu, CV və digər müraciət sənədləri üzrə tələbəyə istiqamət vermək

  • Universitet və tələbələr arasında kommunikasiya prosesini koordinasiya etmək

  • Viza prosesi ilə bağlı tələbələrə ilkin istiqamətləndirmə vermək

  • Müraciətlərin statusunu və nəticələrini izləmək

  • Tələbələrin müraciət prosesi və nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq

  • Xaricdə təhsil, universitetlər, təqaüdlər və tələbə uğurları ilə bağlı sosial media üçün kreativ kontent ideyalarının hazırlanmasında iştirak etmək

Tələblər:

  • Xaricdə təhsil sahəsində minimum 2-3 il iş təcrübəsi

  • Xarici universitetlərə qəbul və müraciət prosesləri üzrə praktiki təcrübə

  • Təqaüd proqramları üzrə real təcrübə üstünlükdür

  • Universitet, proqram, qəbul şərtləri və təqaüdlər üzrə güclü araşdırma bacarığı

  • İngilis dili biliyi minimum B2 səviyyəsində

  • Rus dili biliyi üstünlükdür

  • Güclü kommunikasiya və təqdimat bacarığı

  • Analitik düşüncə və detallara diqqət

  • Yüksək məsuliyyət və təşkilatçılıq bacarığı

  • MS Office və Google Workspace alətlərindən istifadə bacarığı

  • Eyni anda bir neçə tələbənin müraciət prosesini sistemli şəkildə idarə edə bilmək

  • Yeni universitetlər, proqramlar, təqaüdlər və qəbul imkanlarını müstəqil şəkildə araşdırmaq bacarığı

Biz nə təklif edirik?

  • Full-time iş rejimi

  • Bakı şəhərində, müasir ofis şəraitində iş

  • Sabit əmək haqqı + nəticəyə əsaslanan bonus sistemi

  • Peşəkar inkişaf və karyera imkanları

  • Xaricdə təhsil və beynəlxalq qəbul sahəsində biliklərin davamlı inkişafı

  • Komanda daxilində təlim və mentorluq dəstəyi

  • Uzunmüddətli əməkdaşlıq imkanı

  • İşçinin peşəkar inkişafını və şəxsi professional profilini formalaşdırmasını dəstəkləyən mühit

  • Academor tərəfindən həyata keçirilən kontent, sosial media və reklam fəaliyyətlərində ekspert kimi təqdim olunmaq imkanı

  • Peşəkar nəticələrin və tələbə uğurlarının sosial media platformalarında nümayiş etdirilməsi

  • Mərkəzin təqdim etdiyi xidmətlərdən əməkdaşlar üçün xüsusi şərtlərlə istifadə imkanı

İş şəraiti:

  • İş rejimi: Full-time

  • İş günləri: Bazar ertəsi – Şənbə

  • İstirahət günü: Bazar

  • İş yeri: Bakı şəhəri, Caspian Plaza

  • Sənədləşmə: ARƏM-ə uyğun

  • İş formatı: Əyani

  • Əmək haqqı: Müsahibə zamanı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir

  • Bonus: Nəticələrə əsaslanan əlavə bonus sistemi

Müraciət:

Müraciət zamanı CV-də xüsusilə aşağıdakı məlumatların qeyd olunması arzuolunandır:

  • Xaricdə təhsil sahəsində iş təcrübəsi

  • İşlənilən ölkə və universitetlər

  • Təqaüd proqramları üzrə təcrübə

  • Uğurlu tələbə müraciətləri və nəticələri

  • İngilis və digər xarici dil səviyyəsi

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 44, 1065 Jafar Jabbarli street
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
28 oktyabr 2026
Baxış
11

Şirkət haqqında

Academor
Education center · Baku
Academor — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 2-3 il təcrübə tələb olunur.

İngilis dili minimum B2 səviyyəsində, Rus dili üstünlükdür.

MS Office və Google Workspace alətlərindən istifadə bacarığı tələb olunur.

Eyni anda bir neçə tələbənin müraciət prosesini sistemli şəkildə idarə edə bilməlidir.

Motivasiya məktubu, CV və digər müraciət sənədləri üzrə tələbəyə istiqamət verməlidir.

Namizəd CV və digər sənədləri e-mail vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Beynəlxalq təhsil üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Agora MMC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Tələbələrə xaricdə təhsil üzrə konsultasiya və universitet seçimi üçün dəstək göstərir, ən azı 2 il təcrübə tələb olunur.

ResearchPlanningConsultationCoordination+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
iSchool
Middle · 1–3 ilBakı
1 000₼

Tələbələrlə işləyir və xaricdə təhsil üzrə məsləhət verir, minimum 1 il təcrübə tələb olunur.

Analytical ThinkingMicrosoft Office proficiencyCommunication skillsAttention to Detail
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
iSchool Təhsil Mərkəzi
Middle · 1–3 ilBakı
1 000₼

Tələbələrlə işləyən və xaricdə təhsil üzrə məsləhət verən, minimum 1 il təcrübəsi olan mütəxəssis.

Communication skillsAnalytical ThinkingAttention to DetailMicrosoft Office proficiency
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xaricdə təhsil üzrə mütəxəssis
Müraciət et