Xaricdə təhsil üzrə mütəxəssis

HR Port

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 000–2 500 ₼
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani, Russian, English, Chinese (Mandarin), Arabic

Vakansiya haqqında

İş barədə məlumat:

  • Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkələr, universitetlər, proqramlar və təqaüd imkanları barədə ətraflı məsləhət (konsultasiya) vermək;
  • Tələbələrin akademik göstəricilərinə və büdcələrinə uyğun olaraq düzgün universitet və ixtisas seçiminə köməklik göstərmək;
  • Universitetlərə qəbul (Application) prosesini idarə etmək, lazımi sənədlərin (CV, motivasiya məktubu, tövsiyə məktubu və s.) hazırlanmasına dəstək olmaq;
  • Viza müraciəti prosesində tələbələrə bələdçilik etmək və sənədlərin toplanmasına nəzarət etmək;
  • Şirkətin tərəfdaş xarici universitetləri ilə rəsmi yazışmaları və kommunikasiyanı həyata keçirmək;
  • Potensial müştərilərin məlumat bazasını saxlamaq və mütəmadi olaraq izləmək (Follow-up).

Namizədə dair tələblər:

    • Təhsil: Ali təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük verilir);
    • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili (ən azı B2 səviyyəsində);
    • Çin və ya Ərəb dili bilikləri olan namizədlərə xüsusi üstünlük veriləcəkdir;
  • Təcrübə: Xaricdə təhsil sahəsində minimum 3 il iş təcrübəsi;
  • Avropa, Amerika, Böyük Britaniya,Çin və Türkiyə təhsil sistemləri və viza prosedurları barədə məlumatlı olmaq;
  • Ünsiyyətcil, punktual, müştəriyönümlü və yüksək təqdimat bacarıqlarına malik olmaq;
  • Stressə davamlılıq və komandada işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun olaraq);
  • Performansa bağlı olaraq artan cəlbedici bonus sistemi;
  • Peşəkar və mehriban kollektivdə karyera yüksəlişi imkanı;
  • Xarici universitetlərin təşkil etdiyi treninqlərdə və info-turlarda iştirak şansı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
2 000–2 500 ₼
Xaricdə təhsil üzrə mütəxəssis
Müraciət et