Vakansiya haqqında
AP Physics müəllimi axtarırıq!
2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrlə birləşdirir.
10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndirir və beynəlxalq təhsil proqramları üzrə təcrübəli müəllimləri komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
- AP Physics proqramı üzrə dərslərin təşkili və tədrisi;
- Şagirdlərin AP imtahanlarına sistemli şəkildə hazırlanması;
- Tədris proqramına uyğun dərs planlarının və materiallarının hazırlanması;
- Fizika mövzularının nəzəri və praktiki izahı;
- Şagirdlərin akademik inkişafının və nəticələrinin mütəmadi qiymətləndirilməsi;
- Fərdi ehtiyaclara uyğun tədris yanaşmasının tətbiqi.
Tələblər
- Fizika və ya əlaqəli sahə üzrə ali təhsil;
- AP Physics tədrisi üzrə təcrübə üstünlükdür;
- Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə;
- İngilis dilində sərbəst tədris aparmaq bacarığı;
- AP proqramının və imtahan formatının yaxşı mənimsənilməsi;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli, sistemli və nəticəyönümlü yanaşma;
- Komanda ilə işləmək bacarığı.
İş şərtləri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Peşəkar inkişaf və təlim imkanları;
- Beynəlxalq təhsil mühitində çalışma imkanı.
CV-nizi mövzu hissəsində “AP Physics Teacher” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Beynəlxalq təhsil mühitində peşəkar inkişaf üçün komandamıza qoşulun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Fizika müəllimi üzrə bazar adətən 500–700 ₼ ödəyir, median — 500 ₼.
5 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Fizika müəllimi kimi öz maaşını yoxlaŞirkət haqqında
"Step by Step International Hub" tələbələrin beynəlxalq təhsil standartlarına uyğun hazırlanması istiqamətində fəaliyyət göstərən qabaqcıl tədris mərkəzidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə tələb olunur.
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
CV-nizi mövzu hissəsində “AP Physics Teacher” qeyd etməklə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarFizika müəllimi üzrə Bakıda digər açıq elanlar.
Fizika fənnini ingilis dilində tədris edir və dərs planları hazırlayır.
Fizika və Kimya fənlərini ingilis dilində tədris edir və CSCA imtahanına hazırlayır.
Alman dili dərslərini tədris edir, müasir metodlara yiyələnmək və 1-3 il təcrübə tələb olunur



