İngilis dili üzrə IELTS/TOEFL hazırlıq dərsləri keçir və tələbələrin bacarıqlarını qiymətləndirir.
Vakansiya haqqında
Vakansiya: İngilis dili müəllimi (IELTS və Ümumi İngilis dili)
Müəssisə: Graham Academy
Yeni açılan, müasir və intellektual yanaşmaya əsaslanan Graham Academy komandasına peşəkar İngilis dili müəllimi axtarılır. Biz dil tədrisinə yalnız əzbər qaydalar və mexaniki test kimi deyil, dərin düşünmə, səlis ifadə və real nəticə mühiti kimi yanaşırıq.
Vəzifə öhdəlikləri:
Ümumi ingilis dili (danışıq, oxu, dinləmə və analitik ifadə bacarıqlarının inkişafı yönümlü) və IELTS proqramı üzrə fərdi və qrup dərslərinin keçirilməsi;
Tələbələrin dil səviyyəsinə və məqsədinə uyğun fərdi yanaşmanın tətbiqi;
Dərs planlarının hazırlanması və tələbələrin irəliləyişinin mütəmadi izlənilməsi.
Namizədə tələblər:
Təhsil: Ali təhsil (İngilis dili və ədəbiyyatı məzunlarına xüsusi üstünlük verilir, ingilis dili müəllimliyi ixtisası da qəbul olunur);
Təcrübə: Sahə üzrə 1–3 il iş təcrübəsi;
Sertifikatlar: IELTS (minimum 7.5+), varsa TOEFL 105+, CELTA sertifikatının olması böyük üstünlükdür (TESOL / TEFL, TKT və ya digər beynəlxalq sertifikatlar əlavə üstünlük kimi qiymətləndirilir).
Şəxsi keyfiyyətlər:
Güclü ünsiyyət bacarığı və dərs mühitini idarəetmə qabiliyyəti;
Yüksək məsuliyyət hissi, intizam və işə peşəkar yanaşma;
Analitik yanaşma, yaradıcılıq və dərsləri canlı, maraqlı qurmaq bacarığı;
Tələbələrə fərdi yanaşma, səbir və empatiya;
Özünüinkişafa açıq olmaq və tələbkarlıq.
İş şəraiti:
İş rejimi: Dərs saatlarına uyğun çevik qrafik;
Format: Dərslər əsasən əyani keçirilir, tələb və zərurət yarandıqda onlayn dərslər də ola bilər;
Əməkhaqqı: Namizədin bilik, təcrübə və sertifikatlarına uyğun olaraq razılaşma yolu ilə.
Müraciət qaydası:
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Namizədin sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır.
IELTS minimum 7.5+, TOEFL 105+, CELTA, TESOL, TEFL və TKT kimi sertifikatlar üstünlükdür.
Dərs saatlarına uyğun çevik qrafikdə işləmək tələb olunur, əsasən əyani formatda, zərurət olduqda onlayn dərslər də keçirilə bilər.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarIELTS müəllimi üzrə Bakıda digər açıq elanlar.
IELTS speaking və Pre-IELTS dərslərini tədris etmək üçün minimum 3 il təcrübə tələb olunur
IELTS hazırlığı və ümumi ingilis dili dərsləri keçir, yüksək IELTS nəticəsi tələb olunur


