Rəqəmsal informasiya sistemləri arasında inteqrasiya proseslərini hazırlayır və texniki dəstək göstərir.
Vakansiya haqqında
Təsvir
- Daxili komandaların ehtiyaclarının toplanması və onların konkret tələblərə çevrilməsi;
- Mövcud proseslərin təsvir edilməsi, problemli yerlərin tapılması və həll variantlarının təklif edilməsi;
- Yeni funksiyalar üçün texniki tapşırıqların hazırlanması: user story-lər, qəbul şərtləri, prosesin sxemi;
- Sistemlərin bir-biri ilə əlaqəsinin işlənməsi: sayt və tətbiq, anbar, ERP, ödəniş sistemləri, çatdırılma xidmətləri, CRM;
- Proqramçılar, testçilər və product menecerlərlə birlikdə işlənməsi, tapşırığın ilk müzakirədən reliza qədər müşayiət edilməsi;
- Hazır funksiyanın qəbul edilməsi və gözlənilən nəticənin verib-vermədiyinin yoxlanılması;
- Sənədləşmənin aparılması və yenilənməsi.
Tələblər
- Biznes və ya sistem analitikası sahəsində ən azı 1 il təcrübə;
- Sayt və ya mobil tətbiq üzrə iş təcrübəsi;
- Texniki tapşırıq yazmaq bacarığı: aydın və birmənalı, proqramçının əlavə sual verməyə ehtiyacı qalmayacaq səviyyədə;
- Proses sxemlərini qurmaq (BPMN və ya bənzər yanaşma) API-lərin necə işlədiyini anlamaq, REST və JSON ilə tanışlıq;
- Əsas SQL bilikləri — məlumatı özünüzün yoxlaya bilməsi üçün Jira, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi;
- Fərqli komandalarla danışıq aparmaq və ziddiyyətli istəkləri bir yerə gətirmək bacarığı;
- Azərbaycan və rus dilləri — yüksək səviyyədə, ingilis dili — orta səviyyədə
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Biznes və ya sistem analitikası sahəsində ən azı 1 il təcrübə tələb olunur.
Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.
Azərbaycan və rus dilləri yüksək səviyyədə, ingilis dili orta səviyyədə tələb olunur.
Müraciət üçün linkə daxil olaraq müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT biznes analitika üzrə təlimçi üzrə Bakıda digər açıq elanlar.
Mobil və internet bankçılıq sistemlərinin biznes tələblərini təhlil edir və sənədləşdirir, analitik bacarıq tələb olunur.
Biznes və funksional tələbləri toplayan, təhlil edən və sənədləşdirən İT biznes analitik axtarılır.
İT layihələrində tələbləri toplayır, biznes proseslərini təhlil edir və rəqəmsal həllər təklif edir.


