SAT riyaziyyat dərslərini keçirir və minimum 3 il tədris təcrübəsi tələb olunur
Vakansiya haqqında
Celt Colleges-a SAT və Məktəb Riyaziyyatı müəllimi vəzifəsinə vakansiya elan olunur!
İş barədə məlumat:
- Müxtəlif yaş və səviyyələrdə şagirdlərə məktəb riyaziyyatı və SAT Math dərslərinin tədrisi
- Dərslərin mərkəzimiz tərəfindən hazırlanmış proqram və tədris metodikası üzrə aparılması
- Şagirdlərin SAT imtahanına sistemli və effektiv şəkildə hazırlanması
- Məktəb proqramı üzrə riyaziyyat mövzularının izahı və şagirdlərin akademik biliklərinin inkişaf etdirilməsi
- Şagirdlərin məntiqi, analitik və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi
- SAT Math üzrə sual həll etmə strategiyalarının və imtahan texnikalarının öyrədilməsi
- Fərdi və qrup dərslərinin aparılması
- Bütün namizədlər CELT COLLEGES-də treyninq keçib, treyninqi uğurla başa vurduqdan sonra işə qəbul olunurlar.
İş qrafiki:
- 09:00-dan 18:00-dək
- 10:00-dan 19:00-dək
- 11:00-dan 20:00-dək
Yarım gün iş qrafiki axtaran namizədlərdən CV göndərməmələri xahiş olunur.
Namizədə tələblər:
- Riyaziyyat fənnini yüksək səviyyədə bilməlidir.
- SAT Math bölməsi üzrə güclü biliyə malik olmalıdır.
- Məktəb riyaziyyatı proqramlarına yaxşı bələd olmalıdır.
- Ali təhsilli olmalıdır.
- Güclü analitik və məntiqi düşünmə bacarığı olmalıdır.
- Mövzuları şagirdlərə sadə, aydın və effektiv şəkildə izah etmək bacarığı olmalıdır.
- Şagirdlərlə işləmək bacarığına malik olmalıdır.
- Pozitiv, məsuliyyətli və işini sevən olmalıdır.
- İnkişafa və yeni tədris metodlarını öyrənməyə açıq olmalıdır.
- Müəllimlik və ya SAT hazırlığı üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Müvafiq sertifikatlara malik müəllimlərə üstünlük verilir.
Maraqlanan şəxslər CV-lərini “SAT və Riyaziyyat müəllimi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə:
- +994 50 427 12 03
- +994 50 211 35 56
Bütün namizədlər diqqətlə təhlil ediləcək və nəticəsi barədə məlumat veriləcəkdir. Seçilmiş namizədlər müsahibə və treyninq mərhələsinə dəvət olunacaqlar.
Şirkət haqqında
CELT ingilis dili kurslari İngiltərənin Bakıda ən böyük tədris mərkəzidir. Milli kitablarımızla və sizə ən uyğun metodlarla xidmətinizdəyik. Hədəfiniz istiqamətində sizə bir neçə ingilis dili kursu proqramları təklif edirik.
Celt Colleges — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Riyaziyyat dərslərini keçirir, şagirdlərin bilik səviyyəsinə uyğun proqram hazırlayır.
7-15 yaşlı uşaqlara riyaziyyat dərsləri keçirir və müasir tədris metodlarını bilir


