Sənədləşmə mütəxəssisi - xaricdə təhsil

Hope Academy

Vakansiya haqqında

Hope Academy komandamıza qoşulmaq və beynəlxalq təhsil sahəsində karyera qurmaq istəyən Sənədləşmə Mütəxəssisi axtarırıq!

Biz tələbələrə xaricdə təhsil imkanlarını kəşf etməyə, uyğun universitetlərə müraciət etməyə və beynəlxalq akademik məqsədlərinə çatmağa dəstək oluruq. Bu prosesin vacib bir hissəsi olaraq, sənədləşmə mütəxəssisimiz tələbələrin müraciət proseslərini koordinasiya edəcək, universitetlərlə kommunikasiya aparacaq və hər bir müraciətin düzgün, vaxtında və sistemli şəkildə həyata keçirilməsini təmin edəcək.

Niyə Hope Academy?

  • Beynəlxalq təhsil sektorunda praktiki təcrübə qazanmaq;
  • Şirkətin beynəlxalq layihələrində, tədbirlərində və xarici səfərlərində iştirak etmək imkanı;
  • Xarici universitetlər və beynəlxalq tərəfdaşlarla işləmək;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik, gənc və dəstəkləyici komandanın bir hissəsi olmaq.

Əgər detallara diqqət yetirirsinizsə, təşkilatçılıq bacarıqlarınız güclüdürsə və beynəlxalq təhsil sahəsində inkişaf etmək istəyirsinizsə, sizi Hope Academy komandasına dəvət edirik!

Vəzifə öhdəlikləri

  • Tələbələrin xarici universitetlərə müraciət proseslərini koordinasiya etmək;
  • Universitet müraciətləri üçün tələb olunan sənədləri toplamaq, yoxlamaq və sistemləşdirmək;
  • Motivasiya məktubları, CV-lər, akademik transkriptlər və digər müraciət sənədlərinin hazırlanması prosesinə dəstək göstərmək;
  • Xarici universitetlərin qəbul tələblərini, müraciət tarixlərini və sənədləşmə prosedurlarını izləmək;
  • Beynəlxalq universitet nümayəndələri və tərəfdaşlarla yazışmaları həyata keçirmək;
  • Tələbələrin müraciət statuslarını izləmək və onları prosesin mərhələləri barədə məlumatlandırmaq;
  • Sənədlərin düzgünlüyünü və müraciətlərin müəyyən edilmiş son tarixlərə uyğun təqdim olunmasını təmin etmək;
  • Şirkətin beynəlxalq layihələrinin, təhsil tədbirlərinin və tərəfdaşlıq fəaliyyətlərinin təşkilinə dəstək vermək;
  • Tələbə məlumatlarını və müraciət sənədlərini məxfi və sistemli şəkildə idarə etmək.

Namizədə tələblər

  • Ali təhsil arzuolunandır;
  • İngilis dili biliyi minimum B2 səviyyəsində olmalıdır;
  • MS Office və Google Workspace alətləri ilə işləmək bacarığı;
  • Güclü təşkilatçılıq, kommunikasiya və yazılı ünsiyyət bacarıqları;
  • Sənədlərlə diqqətli və sistemli işləmək bacarığı;
  • Eyni vaxtda bir neçə müraciəti idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək və yeni bilikləri sürətlə mənimsəmək istəyi.

Üstünlük hesab olunur:

  • Xaricdə təhsil və universitetə qəbul prosesləri üzrə təcrübə;
  • Xarici universitetlərlə yazışma təcrübəsi;
  • Tərcümə, sənəd hazırlığı və müraciət platformaları ilə iş təcrübəsi;
  • Beynəlxalq layihələrdə və tədbirlərdə iştirak təcrübəsi.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 oktyabr 2026
Dillər
English
Son tarix
26 noyabr 2026
HRX ilə müraciət
7
Baxış
515

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Təhsil administratoru üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

3 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Təhsil administratoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təhsil administratoru üzrə Bakıda digər açıq elanlar.

EDU COMPANY Təhsil Şirkəti
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Tələbələrin tədris prosesinə nəzarət edir və satış sahəsində minimum 1 il təcrübə tələb olunur

Administrative CoordinationReportingCustomer ServiceSales+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Landau Education Group
Manager · 2+ ilBakı
Maaş göstərilməyib

Liseydə gündəlik idarəetməni və işçilərin maarifləndirilməsini təmin etmək.

Team ManagementConflict ResolutionAdministrationEmergency Preparedness+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
MathYouCan
JuniorBakı
700–1 200₼

Şagirdlərə riyaziyyat dərsi keçmək və onların inkişafını qiymətləndirmək tələb olunur.

MathematicsStudent AssessmentProfessional DevelopmentLesson Planning+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Port Edu
Junior · 1+ ilBakı
700–1 000₼

İngilis dili danışıq dərslərini tədris edir, minimum B2 səviyyəsi və 1 il təcrübə tələb olunur.

TeamworkResponsibilityEnglish Language TeachingCommunication skills
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sənədləşmə mütəxəssisi - xaricdə təhsil
Müraciət et