Tələbə və valideynlərlə ünsiyyət qurur, sosial media və qeydiyyat işlərini idarə edir.
Vakansiya haqqında
Fred’s English komandamıza təhsil sahəsində idarəetmə bacarıqlarına malik, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Baş menecer axtarırıq! Ayliq maas 2000+ azn
Namizədimiz tədris mərkəzinin gündəlik fəaliyyətinin idarə olunmasını, komandanın koordinasiyasını və xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək.
Əsas vəzifə və öhdəliklər (Responsibilities)
- Tədris mərkəzinin gündəlik fəaliyyətinin və inzibati proseslərinin idarə edilməsi;
- Müəllimlər, inzibati heyət və digər əməkdaşların işinin koordinasiyası;
- İş proseslərinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət;
- Tədris proqramlarının keyfiyyətinə və tədris standartlarına riayət olunmasına nəzarət;
- Şagird və valideyn məmnuniyyətinin təmin edilməsi, müraciət və problemlərin operativ həlli;
- Yeni şagirdlərin cəlb edilməsi, qeydiyyat prosesinin və tələbə bazasının idarə olunması;
- Müəllimlərin seçilməsi, işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsində iştirak;
- Mərkəzin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsinə dəstək;
- Satış, qeydiyyat və xidmət göstəricilərinin təhlili, aylıq hesabatların hazırlanması;
- Marketinq və sosial media komandası ilə əməkdaşlıq edərək reklam və tanıtım fəaliyyətlərinin əlaqələndirilməsi;
- Cambridge English proqramları, IELTS, SAT və digər təhsil istiqamətləri üzrə işlərin koordinasiyası;
- Beynəlxalq yay məktəbləri, təhsil layihələri və tədbirlərin təşkilində iştirak;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və inkişaf təkliflərinin verilməsi.
Namizədə tələblər (Requirements)
- Ali təhsil;
- İdarəetmə, təhsil və ya müvafiq sahədə iş təcrübəsi;
- Komanda idarəetməsi və liderlik bacarıqları;
- Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarıqları;
- Yüksək kommunikasiya və interpersonal bacarıqlar;
- Microsoft Office və rəqəmsal iş alətlərindən istifadə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis dili biliyi — üstünlükdür;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, operativlik və nəticəyönümlülük;
- Eyni zamanda bir neçə prosesi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
Bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş menecer vakansiyası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Ünvan: Caspian Business Centre
Komandamıza qoşulun və təhsildə keyfiyyətin, inkişafın və uğurun bir hissəsi olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Təhsil mərkəzinin direktoru üzrə bazar adətən 1 300–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
3 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Təhsil mərkəzinin direktoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Fred's English təhsil mərkəzi 1999-cu ildə Fred müəllim tərəfindən yaradılmış, beynəlxalq standartlara uyğun təhsil verən və rəsmi Cambridge lisenziyasına malik ingilis dili mərkəzidir
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Caspian Business Centre-də yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı 2000 ₼ təşkil edir.
Namizəd CV-ni mövzu hissəsində “Baş menecer vakansiyası” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçNamizəd idarəetmə, komanda idarəetməsi, planlaşdırma və kommunikasiya bacarıqlarına malik olmalıdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəhsil mərkəzinin direktoru üzrə Bakıda digər açıq elanlar.
Təhsil mərkəzində idarəetmə və təşkilatçılıq işlərini aparır, komanda idarəetmə bacarığı tələb olunur.
Liseydə gündəlik idarəetməni və işçilərin maarifləndirilməsini təmin etmək.
Uşaq bağçasının gündəlik işlərini idarə edir və ən azı 3-5 il idarəetmə təcrübəsi tələb olunur.


