Vakansiya haqqında

İşin təsviri:

  • Proqram Məsləhətçisi olaraq siz, Code Academy-də təhsil almaq istəyən namizədlərin qəbulu və qeydiyyatı kimi vacib proseslərdən cavabdeh olacaqsınız. Komandamızın ayrılmaz bir üzvü kimi akademiyamıza müraciət edən namizədlərlə ilk əlaqədar şəxs olacaq, tədris ehtiyaclarını başa düşmək və düzgün tədris proqramını seçmək üçün onlara istiqamət verəcəksiniz.
  • Təhsil almaq istəyən namizədlərin gələcək hədəflərinə çatmasına dəstək olmaq, həmçinin İT və təhsil sahəsində peşəkar inkişaf etməyi hədəfləyirsinizsə, bu vakansiyaya müraciət edə bilərsiniz.

Əsas vəzifə öhdəlikləri:

  • Code Academy-də tədrislə maraqlanan və tələbə olmaq istəyən namizədlərlə və ya onların valideynləri ilə görüşlər keçirmək;
  • Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək;
  • Namizədləri Akademiyada tədris şərtləri ilə tanış etmək və şərtlərlə bağlı dəyişiklik zamanı onlara məlumat vermək;
  • Namizədin tədrisə qeydiyyat prosesini icra etmək;
  • Namizədlərin xitam proseslərini icra etmək;
  • Müqavilələr və xitamlar barədə gündəlik və aylıq hesabatlar hazırlayıb təqdim etmək.

Təhsil & Təcrübə:

  • Beynəlxalq münasibətlər, Marketinq, Psixologiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Satış üzrə ən azı 3 il iş təcrübəsi;
  • Seminar, vebinar, workshop və bu kimi digər sosial tədbirlərin təşkilatçılığı ilə bağlı təcrübə;
  • Sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük verilir.

Texniki Biliklər:

  • Sahə üzrə nəzəri və praktiki biliklərə sahib olmaq və bu bilikləri effektiv şəkildə istifadə etmək;
  • Sahə ilə bağlı müxtəlif rəqəmsal alətlərdən və proqram təminatından səlis istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus, Türk və İngilis dillərində işgüzar ünsiyyət qabiliyyəti.

Bacarıq və Səriştələr:

  • Yükək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
  • Müştəri yönümlü yanaşma;
  • Müxtəlif auditoriyalar ilə fikir mübadiləsi və müzakirələr zamanı inandırma bacarığı;
  • Emosional zəka və özünüdərk;
  • Motivasiya etmə bacarığı.

Peşəkar Keyfiyyətlər və Dəyərlər:

  • Yeni ideyalar irəli sürmək və innovativ həllər təklif etmək;
  • İşlərin icrasında yüksək dəqiqlik və şəffaflıq nümayiş etdirmək;
  • Həvəslə və peşəkarlıqla işə yanaşmaq;
  • Məxfi məlumatların qorunmasını təmin və təşviq etmək.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, Turkish, English
Son tarix
22 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
19

Şirkət haqqında

Code Academy
Təhsil, Təlim və peşəkar inkişaf · Baku
Code Academy — bütün vakansiyalar

Code Academy həm dövlət, həm də özəl sektorlar üçün yüksək səviyyəli insan resursları yaratmaq missiyası ilə İT-əsaslı təhsil bazarında oyun dəyişdiricidir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Satış sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.

Bəli, vakansiya tam ştatdır.

Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təhsil məsləhətçisi üzrə Bakıda digər açıq elanlar.

Orbita Academy
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Tələbələrə Avropada təhsil üzrə fərdi konsultasiya verir və müraciət prosesini idarə edir.

Student counselingApplication process managementResearch SkillsCommunication skills+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Chin dili by CELT
Middle · 1+ ilBakı
500–2 000₼

Çin dili müəllimi kimi dərs deyir və ən azı 1 il tədris təcrübəsi tələb olunur.

Teaching experienceCommunication skills
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Glodemia
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

SAT riyaziyyat fənnini tədris edir və SAT riyaziyyat biliklərinə malikdir.

Data AnalysisStudent AssessmentPresentationSAT Math+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Proqram məsləhətçisi
Müraciət et