Vakansiya haqqında

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur.

Bu rolda əsas məqsəd müəllim və tutor heyətinin effektiv idarə olunmasını, tədris prosesinin fasiləsiz və keyfiyyətli təşkilini və bu proseslə bağlı bütün koordinasiya işlərinin sistemli şəkildə aparılmasını təmin etməkdir.

Bu rolun əsas fokusunda müəllimlərlə gündəlik kommunikasiya və koordinasiya dayanır. Rol sahibi müəllim və tutor heyəti ilə münasibətlərin idarə edilməsindən tutmuş dərs prosesinin, cədvəllərin, davamiyyətin, keyfiyyətin və müvafiq hesabatların nəzarətdə saxlanılmasına qədər tədris prosesinin əsas koordinasiya nöqtələrindən biri olacaq.

Əsas vəzifələr:

  • Müəllim və tutor heyəti ilə mütəmadi ümumi və birebir görüşlərin keçirilməsi, onların təklif və iradlarının dinlənilməsi, yaranan problemlərin həll edilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması;
  • Yeni müəllim və tutorların axtarışı və seçimi, demo dərslərinin təşkili, onboarding prosesinin idarə edilməsi və daxili qaydalarla tanışlığının təmin olunması;
  • Yeni qruplar üzrə müəllimlərin müəyyənləşdirilməsi, dərs və əvəz dərslərinin tarix, saat və otaq üzrə koordinasiyası və tədris cədvəlinin operativ idarə olunması;
  • Tədris prosesinin LMS üzərindən gündəlik izlənilməsi — müəllimlərin dərsləri, cədvəlləri və davamiyyətlərinin yoxlanılması və təsdiqlənməsi, keçirilmiş/qalan dərslərin və digər tədris məlumatlarının sistemdə düzgün əks olunmasına nəzarət;
  • Tədris keyfiyyətinin artırılması üçün sillabusların yenilənməsi və inkişaf etdirilməsi prosesinin koordinasiyası, tələbə və müəllim sorğularının nəticələrinin təhlili və əsas nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • Müəllim və tutorların aylıq dərs saatlarının, keçirilmiş/qalan dərslərinin və Lab Day iştiraklarının hesablanması və təsdiqlənərək mühasibatlığa yönləndirilməsi;
  • LMS və daxili idarəetmə sistemlərinin inkişafı üçün texniki ehtiyacların müəyyənləşdirilməsi, funksional tələblərin hazırlanması və proqramlaşdırma komandası ilə koordinasiyanın aparılması;
  • Çətin və həssas akademik və inzibati situasiyaların operativ, diplomatik və həll yönümlü şəkildə idarə olunması.

Namizəddən gözləntilərimiz:

  • Təhsilin idarə olunması və ya inzibati koordinasiya sahəsində minimum 2–3 il real iş təcrübəsi;
  • Müəllim, tutor və ya digər tədris heyəti ilə işləmək və çoxsaylı prosesləri paralel koordinasiya etmək təcrübəsi;
  • Güclü kommunikasiya və münasibət qurmaq bacarığı — müxtəlif xarakterli müəllimlərlə peşəkar və etibarlı əməkdaşlıq qurmaq;
  • Güclü problem həll etmə və konfliktlərin idarə olunması bacarığı, çətin situasiyalarda diplomatik və nəticəyönümlü yanaşma;
  • Yüksək təşkilatçılıq, operativlik və detallara diqqət; cədvəl, dərs saatları və paralel proseslərlə dəqiq işləmək bacarığı;
  • LMS, CRM və ya digər daxili idarəetmə sistemləri ilə işləmək və yeni texnologiyalara sürətli adaptasiya olmaq bacarığı;
  • Texniki sistemlərin məntiqini anlamaq və proqramlaşdırma komandası üçün aydın task/brief hazırlaya bilmək;
  • Məlumat və hesabatlarla işləmək, rəqəmləri düzgün analiz etmək və nəticələr əsasında təkliflər hazırlamaq bacarığı;
  • Təşəbbüskarlıq göstərmək, ehtiyacları öncədən görmək və onların həlli üçün konkret addımlar təklif etmək;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq (Rus dili biliyi üstünlükdür).

Əmək haqqı: 800-1000 Azn nəzərdə tutulub və namizədin potensialına görə dəyişə bilər.

Maraqlanan namizədlərdən CV-lərini “Təhsil işləri üzrə mütəxəssis - Ad Soyad” mövzu başlığı ilə, həmçinin arzu etdikləri əmək haqqı aralığını (minimum və maksimum məbləğ) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 000 ₼
Yerləşdirilib
7 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

Baku Design Academy
Təhsil, Təlim və peşəkar inkişaf · Bakı

Bakı Dizayn Akademiyası 2018-ci ildə təsis edilmişdir. Hal-hazırda akademiyada UX&UI, Modern Qrafik Dizayn, 3D Dizayn, İnteryer Dizayn və 2D Motion Graphics ixtisasları tədris olunur.

Baku Design Academy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Airswift
Junior · 2+ ilBakı
Maaş göstərilməyib

Layihənin planlaşdırılması və irəliləyişinin idarə olunmasında iştirak edir, ən azı 2 il təcrübə tələb olunur.

ReportingTeam CollaborationProject PlanningSchedule Management+7
Müraciət et
Maaş göstərilməyib

Müştərilərlə kommunikasiya və layihə koordinasiyası aparır, güclü kommunikasiya bacarığı tələb olunur.

Report PreparationMultitaskingCommunicationCustomer Relationship Management (CRM)+6
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Layihələrin planlaşdırılması və icrasına nəzarət edir, layihə idarəetmə təcrübəsi tələb olunur.

Project ExecutionDocumentationReportingProject Planning+9
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Malların axınını idarə edir, təchizat və inventar planlamasında təcrübə tələb olunur.

ProcurementInventory ManagementDemand PlanningData Analysis+8
Müraciət et
Bütün oxşar vakansiyalar
800–1 000 ₼
Təhsil işləri üzrə mütəxəssis
Müraciət et