Tikinti materiallarının satınalmasını həyata keçirir və bazar araşdırması aparmaq bacarığı tələb olunur.
Vakansiya haqqında
Əsas öhdəliklər:
- Tədris prosesinin planlaşdırılması, təşkili və keyfiyyətinə nəzarət etmək;
- Dərslərin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri qiymətləndirmək və müəllimlərə konstruktiv geribildirim vermək;
- Müəllimlərin seçilməsi, adaptasiyası, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafı prosesini idarə etmək;
- Müəllimlər üçün pedaqoji müzakirələr, seminarlar və daxili təlimlər təşkil etmək;
- Mövcud tədris proqramlarını təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Bazar və tələbə ehtiyaclarına uyğun yeni kurs və tədris proqramlarının hazırlanmasında iştirak etmək;
- Tələbələrin bilik səviyyəsinin ölçülməsi üçün test və sınaq imtahanlarının hazırlanması və keçirilməsi prosesinə nəzarət etmək;
- Tələbə nəticələrini və geribildirimlərini təhlil edərək tədrisin inkişafı üzrə tədbirlər müəyyən etmək;
- Təhsil bazarını, rəqiblərin proqramlarını, metodologiyalarını və qiymət strategiyalarını araşdırmaq;
- Marketinq komandası üçün kurslar üzrə dəqiq və informativ xidmət brifləri hazırlamaq;
- Satış komandası ilə əməkdaşlıq edərək kursların məzmunu, üstünlükləri və dəyər təklifi barədə düzgün məlumatlandırmanı təmin etmək;
- Tədris keyfiyyəti, müəllim performansı və tələbə nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq.
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq vəzifədə 2 il iş təcrübəsi; (Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.)
- Yaş həddi: 25–40.
Tələb olunan bilik və bacarıqlar:
- Tədris metodologiyaları və müasir öyrənmə yanaşmaları haqqında bilik;
- Tədris proqramlarının hazırlanması üzrə bilik;
- Test və digər qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri haqqında bilik;
- Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;
- Müəllim/təlimçi heyətinin idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi bacarığı
- Dərs müşahidəsi və tədris keyfiyyətinin qiymətləndirilməsi bacarığı;
- Analitik düşüncə və hesabat hazırlama bacarığı;
- MS Office, xüsusilə Excel və təqdimat proqramlarından istifadə bacarığı;
- Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı;
- İngilis dilində danışıq bacarığı (C2 səviyyəsi tələb olunur).
Təklif edirik:
- Əmək haqqı: Razılaşma yolu ilə
- 6 günlük iş qrafiki;
- Karyera inkişaf imkanı;
- Dinamik və inkişafyönümlü iş mühiti;
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.
Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd edilmiş linkə daxil olaraq öz məlumatlarını daxil edə bilərlər.
Şirkət haqqında
Vision Academy 2009-cu ildə təsis edilmişdir. Vision Academy müasir təhsil yanaşmalarını tətbiq edən, gənclərin və peşəkarların inkişafına yönəlmiş innovativ tədris mərkəzidir.
Vision Academy — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Komplayens sahəsində araşdırma və məlumatların təhlili ilə məşğul olan, analitik düşüncəyə malik gənc tələb olunur.
Daxili nəzarət və komplayens üzrə mütəxəssis kimi riskləri qiymətləndirir və uyğunluq təmin edir.
İşçilərin əməkhaqqı və vergilərini düzgün hesablamaq üçün payroll prosesini idarə edir.



