Komplayens departamentinin ÇPY və TMM şöbəsinin təcrübəçisi

Bir

Vakansiya haqqında

Ümumi məlumat
Komplayens sahəsində karyera qurmaq istəyən, analitik düşüncəyə malik, araşdırma aparmağı sevən, riskləri müəyyən edə bilən, məsuliyyətli və öyrənməyə həvəsli gənc istedadlar axtarırıq. Məlumatları təhlil və sistemləşdirmə bacarığı olan, detallara diqqətli və işə məsuliyyətli yanaşan namizədlər bu rol üçün uyğun hesab olunur
Öhdəliklər
  • AML/CFT çərçivəsində aparılan təhlil və araşdırmalar üzrə ilkin məlumatların toplanmasına, sistemləşdirilməsinə və emalına dəstək göstərilməsi;
  • Sanksiya, PEP, neqativ media və digər açıq mənbələr üzrə aparılan araşdırmalarda iştirak edilməsi;
  • Hesabat, reyestr və digər analitik məlumat bazalarının hazırlanması və aktual saxlanılması;
  • Böyük həcmli məlumatların MS Excel və mövcud biliklərdən asılı olaraq SQL, Python və digər analitik alətlər vasitəsilə emalı və təhlilinə dəstək göstərilməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində yaranan digər analitik, araşdırma və məlumatların emalı xarakterli işlərdə iştirak edilməsi.
Tələblər
  • Hüquq, iqtisadiyyat, maliyyə, audit, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar üzrə sonuncu kurs bakalavr tələbələri, magistr tələbələri və yeni məzunlar;
  • Komplayens, bank işi, risklərin idarə edilməsi, audit və daxili nəzarət sahəsində karyera qurmağa marağın olması;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığının olması;
  • MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint ilə işləmək bacarığının olması;
  • Analitik düşünmə, məlumatları müqayisə və təhlil etmə bacarığının olması;
  • Detallara diqqətli, məsuliyyətli, öyrənməyə açıq və komanda ilə işləmək bacarığının olması;
  • İş təcrübəsinin tələb olunmaması, bank, audit, hüquq, risk və ya komplayens sahəsində əvvəlki təcrübənin olması üstünlükdür;
  • Komplayens, AML/CFT, risklərin idarə edilməsi və ya daxili audit üzrə ilkin bilik və sertifikatların olması üstünlükdür.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Birbank
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Məlumatların təhlili və BI vasitəsilə biznes qərarlarının qəbulunu dəstəkləyir, analitik bacarıq tələb olunur.

Data AnalysisData VisualizationPythonR+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Komplayens departamentinin ÇPY və TMM şöbəsinin təcrübəçisi
Müraciət et