Data Science üzrə təlim proqramları hazırlayır və minimum 3 il təcrübəsi olan mütəxəssisdir
Vakansiya haqqında
BERC Group MMC “AI Engineering təlimçisi” vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- AI Engineering istiqaməti üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
- Təlim iştirakçılarına süni intellekt, Machine Learning, Generative AI və Large Language Models (LLM) sahələri üzrə nəzəri və praktiki biliklərin aşılanması;
- Real biznes nümunələri, AI layihələri və praktiki tapşırıqlar əsasında dərslərin keçirilməsi;
- Python istifadə etməklə AI əsaslı tətbiqlərin hazırlanmasının öyrədilməsi;
- LLM-lərlə işləmə, prompt engineering, structured outputs, function/tool calling və model API-lərinin inteqrasiyası üzrə praktiki təlimlərin keçirilməsi;
- Retrieval-Augmented Generation (RAG) arxitekturasının qurulması, embedding modelləri və vector database-lərlə işləmə prinsiplərinin izah edilməsi;
- AI Agent və multi-agent sistemlərin hazırlanması, tool integration, workflow orchestration və agentic AI yanaşmalarının praktiki şəkildə tədris edilməsi;
- OpenAI, Anthropic, Google Gemini və open-source LLM ekosistemlərindən istifadə prinsiplərinin izah edilməsi;
- FastAPI və digər backend texnologiyalarından istifadə etməklə AI servislərinin və API-lərin hazırlanmasının öyrədilməsi;
- AI tətbiqlərinin deployment, monitoring, evaluation və optimallaşdırılması üzrə praktiki biliklərin ötürülməsi;
- Git, Docker və cloud mühitlərində AI layihələrinin hazırlanması və deploy edilməsi üzrə praktiki məşğələlərin təşkili;
- Təlim iştirakçılarının fərdi və komanda layihələrinin yoxlanılması, code review edilməsi və geribildirimlərin verilməsi;
- Tədris materiallarının, təqdimatların, praktiki çalışmaların, laboratoriya tapşırıqlarının və real layihələrin hazırlanması;
- Təlim proqramının səviyyəsinə uyğun olaraq iştirakçıların inkişafının izlənilməsi və yekun layihələrin qiymətləndirilməsi.
Vəzifəyə dair bilik, bacarıqlar və tələblər:
- AI Engineering, Machine Learning, Generative AI və ya əlaqəli sahədə minimum 3 il praktiki iş təcrübəsi;
- Python proqramlaşdırma dili üzrə güclü praktiki bilik;
- REST API, JSON və backend sistemləri ilə işləmə təcrübəsi;
- Large Language Models (LLM) və Generative AI həlləri üzrə praktiki təcrübə;
- OpenAI API, Anthropic API, Gemini API və ya digər LLM platformalarından ən azı biri ilə praktiki iş təcrübəsi;
- Prompt Engineering və LLM əsaslı tətbiqlərin hazırlanması üzrə bilik;
- RAG (Retrieval-Augmented Generation) arxitekturasının qurulması üzrə praktiki təcrübə;
- Embeddings, semantic search və vector database-lər (Pinecone, Qdrant, Weaviate, Chroma, pgvector və s.) haqqında bilik;
- AI Agent sistemlərinin hazırlanması və tool/function calling yanaşmaları üzrə praktiki təcrübə;
- LangChain, LangGraph, LlamaIndex, Semantic Kernel və ya oxşar AI framework-lərindən ən azı biri ilə iş təcrübəsi;
- FastAPI, Flask və ya digər backend framework-ləri ilə işləmə bacarığı;
- Git və GitHub üzrə praktiki bilik;
- Docker və container əsaslı deployment prinsipləri haqqında bilik;
- AI modellərinin evaluation, testing, observability və optimallaşdırılması prinsipləri haqqında anlayış;
- SQL və verilənlər bazaları ilə işləmə bacarığı;
- Cloud platformalarından (AWS, Azure və ya Google Cloud) ən azı biri haqqında praktiki bilik;
- Texniki mövzuları sadə və anlaşılan formada izah etmək bacarığı;
- Təlim və təqdimat keçmək bacarığı;
- Auditoriya ilə effektiv kommunikasiya qurmaq bacarığı;
- Praktiki nümunələr və real layihələr üzərindən izah etmə qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı.
Əlavə üstünlüklər:
- AI, Machine Learning, Generative AI, Cloud və ya əlaqəli sahələr üzrə beynəlxalq sertifikatların olması;
- Təlimçi və ya mentor kimi əvvəlki təcrübə;
- Korporativ və ya peşəkar texniki təlimlərin keçirilməsi təcrübəsi;
- Production mühitində işləyən AI/LLM əsaslı layihələrin hazırlanması təcrübəsi;
- AI Agent, RAG, chatbot, intelligent assistant və ya enterprise AI həlləri üzrə real layihələrin mövcudluğu;
- GitHub profilində AI Engineering istiqamətində layihələrin olması;
- Hugging Face və open-source LLM-lərlə işləmə təcrübəsi;
- Fine-tuning, LoRA/QLoRA və model adaptasiyası haqqında bilik;
- MLOps/LLMOps, CI/CD və AI sistemlərinin production deployment prosesi üzrə praktiki təcrübə;
- AI tətbiqlərinin təhlükəsizliyi, guardrails və responsible AI prinsipləri haqqında bilik;
- Texniki məqalə, təlim materialı və ya AI mövzusunda ictimai çıxış/təqdimat təcrübəsi.
İş qrafiki və əməkdaşlıq formatı:
- Təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun olaraq cəlb edilir;
- Vakansiya əlavə iş yeri kimi də uyğundur;
- Təlim saatları əvvəlcədən razılaşdırılır və təlimçinin mövcud iş qrafiki nəzərə alınır.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Geniş imkanlar təqdim edən texnoloji və innovativ mühit;
- Naharla təminat və idman zalından (daxildə) istifadə.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“BERC Group" MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 3 il AI Engineering və əlaqəli sahələrdə praktiki iş təcrübəsi tələb olunur.
Təlim saatları əvvəlcədən razılaşdırılır və mövcud iş qrafikinə uyğun olur.
Vakansiya əlavə iş yeri kimi də uyğundur, təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun cəlb edilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki təlimçi üzrə Bakıda digər açıq elanlar.
Təlim proqramlarını hazırlayır, keçirir və əməkdaşların təlim ehtiyaclarını müəyyən edir.
Backend Development üzrə bilik və təcrübəsi olan, tələbələrə proqramlaşdırmanı öyrədə bilən təlimçi.
Python proqramlaşdırma və AI inteqrasiyası üzrə dərslər keçirir, praktiki bacarıqlar tələb olunur.


