Data Science üzrə təlim proqramları hazırlayır və minimum 3 il təcrübəsi olan mütəxəssisdir
Vakansiya haqqında
BERC Group MMC “Data Analitika təlimçisi” vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Data analitikası üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
- Təlim iştirakçılarına nəzəri və praktiki biliklərin aşılanması;
- Real biznes nümunələri və praktiki tapşırıqlar əsasında dərslərin keçirilməsi;
- Məlumatların toplanması, təmizlənməsi, təhlili və vizuallaşdırılması üzrə təlimlərin təşkili;
- Dashboard və hesabatların hazırlanmasının izah edilməsi;
- Təlim iştirakçılarının praktiki tapşırıqlarının yoxlanılması və geribildirimlərin verilməsi;
- Tədris materiallarının, təqdimatların və praktiki çalışmaların hazırlanması;
- Təlim proqramının səviyyəsinə uyğun olaraq iştirakçıların inkişafının izlənilməsi.
Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:
- Data analitikası sahəsində praktiki 3 il iş təcrübəsi;
- Microsoft Excel üzrə yaxşı səviyyədə bilik;
- Power BI, Tableau və ya digər data vizuallaşdırma alətləri üzrə praktiki təcrübə;
- SQL üzrə biliklər;
- Python və ya R üzrə biliklər;
- Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
- Təlim və təqdimat keçmək bacarığı;
- Auditoriya ilə effektiv kommunikasiya qurmaq bacarığı;
- Praktiki nümunələr üzərindən izah etmə qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı.
Əlavə üstünlüklər:
- Data Analitika, BI, Tableau və ya əlaqəli sahədə beynəlxalq sertifikatların olması;
- Təlimçi kimi əvvəlki təcrübə;
- Korporativ və ya peşə təlimlərinin keçirilməsi təcrübəsi;
- Real layihələr üzrə hazırlanmış dashboard və analitik hesabatların mövcudluğu.
İş qrafiki və əməkdaşlıq formatı:
- Təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun olaraq cəlb edilir;
- Vakansiya əlavə iş yeri kimi də uyğundur;
- Təlim saatları əvvəlcədən razılaşdırılır və təlimçinin mövcud iş qrafiki nəzərə alınır.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Geniş imkanlar təqdim edən texnoloji mühit
- Naharla təminat və idman zalından (daxildə) istifadə
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“BERC Group" MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Data analitikası sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təlim saatları əvvəlcədən razılaşdırılır və mövcud iş qrafikinə uyğun olur.
Son müraciət tarixi 17 oktyabrdır, ilkin müraciətlər əsasında müsahibə tez təşkil edilə bilər.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki təlimçi üzrə Bakıda digər açıq elanlar.
Təlim proqramlarını hazırlayır, keçirir və əməkdaşların təlim ehtiyaclarını müəyyən edir.
Təlim şöbəsinin mütəxəssisi rəsmi vebsaytların təhlükəsizliyini öyrədir və analitik bacarıq tələb olunur.
SAT riyaziyyat fənnini tədris edir və SAT riyaziyyat biliklərinə malikdir.



