Çörəkçi un məmulatlarını hazırlayır və bişirir, gigiyena və təhlükəsizlik qaydalarına riayət edir.
Vakansiya haqqında
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Mətbəx üzrə Briqada üzvü axtarır! Əgər operativsinizsə, mətbəx işinə həvəsiniz varsa və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun.
Vəzifə öhdəlikləri:
Mətbəx əməliyyatları və məhsulların hazırlanması:
- Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
- Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
- Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
- Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması
Gigiyena, keyfiyyət və təhlükəsizlik:
- Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
- Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP / ISO) standartlarına şərtsiz əməl olunması
- Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
- Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
Komanda işi və əməkdaşlıq:
- Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək
- Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək
Tələblər:
- Təhsil: Orta və ya ali
- Yaş həddi: 18 – 35
- Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
- Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
- Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
- Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İş şəraiti və üstünlüklər:
- Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
- İş qrafiki: 6 günlük (növbəli)
- Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
- Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
- Karyera imkanları: Pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vəzifəni göstərərək vakansiya müraciət edə bilər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Aşpaz üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
35 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Aşpaz kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
İş həftədə 6 gün, növbəli qrafikdədir.
Əməkhaqqı 500 manat netdir, əlavə iş saatlarına görə ödəniş edilir.
Vakansiya müraciətində vəzifə göstərilməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRəsmi əmək müqaviləsi, nahar təminatı, peşəkar təlimlər və karyera imkanları mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAşpaz üzrə Bakıda digər açıq elanlar.
Şirniyyatçıya kömək edir, qida təhlükəsizliyi və sanitariya qaydalarına riayət edir.
Çörək və un məmulatlarının hazırlanmasını həyata keçirir, xəmir və mayalanma proseslərini yaxşı bilir.
Səhər yeməklərinin hazırlanması və mətbəxdə ümumi işlərdə kömək etmək bacarığı tələb olunur.



