Restoranın idarə olunması, personalın təlimi və problemlərin həlli bacarığı tələb olunur
Vakansiya haqqında
Peçat Dönər - Bakıda fəaliyyət göstərən, sürətlə böyüyən dönər restoranlar şəbəkəsidir. Hazırda 3 filialımız var və komandamızı davamlı şəkildə genişləndiririk. Keyfiyyətli məhsul, sürətli xidmət və müştəri məmnuniyyəti prinsipləri üzərində qurulmuş şirkət kimi, işçilərimizə inkişaf və karyera irəliləyişi üçün geniş imkanlar təqdim edirik.
İş şəraiti:
- İş rejimi: 6 günlük iş həftəsi
- İş vaxtı: 09:00-18:00 (növbəli)
- İş yeri: Bakı
- Əmək haqqı: Müsahibə nəticəsində
Vəzifə öhdəlikləri
- Filialın gündəlik əməliyyatlarının idarə edilməsi (açılış-bağlanış, növbə planlaşdırması, kassa nəzarəti)
- Xidmət keyfiyyəti, sürəti və müştəri məmnuniyyəti standartlarının təmin edilməsi
- Komandanın işə qəbulu, təlimi və inkişafının təşkili
- Qida təhlükəsizliyi, gigiyena və sanitar norma tələblərinə tam riayət
- Anbar və inventar idarəçiliyi — sifarişlərin verilməsi, itki və israfın minimuma endirilməsi
- Satış və mənfəət hədəflərinin yerinə yetirilməsi, gündəlik/həftəlik hesabatların təqdimi
- Nağd pul dövriyyəsinə və kassa balansına nəzarət
- Avadanlığın texniki vəziyyətinin izlənməsi, təmir-baxım işlərinin təşkili
Tələblər
- Mütləq şərt: Restoran, fast-food və ya HoReCa sahəsində əvvəlki iş təcrübəsi**
- Rəhbər vəzifədə ən azı 1-2 il təcrübə
- Komanda idarəetmə və liderlik bacarığı
- Stresli mühitdə operativ qərar vermə qabiliyyəti
- Əsas Excel/hesabat bacarıqları
- Azərbaycan dilində sərbəst danışıq (rus/ingilis dili üstünlükdür)
- Yaş həddi: 25-45
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Restoran meneceri üzrə bazar adətən 975–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
16 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Restoran meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş rejimi 6 günlük, iş saatları 09:00-18:00 (növbəli) təşkil olunur.
Əmək haqqı müsahibə nəticəsində müəyyən edilir, 800-1200 aralığında ola bilər.
Yaş həddi 25-45 arasıdır.
Restoran, fast-food və ya HoReCa sahəsində əvvəlki iş təcrübəsi tələb olunur.
CV-ni e-mail vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRestoran meneceri üzrə Bakıda digər açıq elanlar.
Restoranın gündəlik fəaliyyətini idarə edir və güclü liderlik bacarıqları tələb olunur.
Restoranın iş qrafikini və xidmət keyfiyyətini idarə etmək üçün liderlik bacarığı tələb olunur.
Gastropubun ümumi idarəetməsini həyata keçirir və restoran sektorunda 3-5 il rəhbərlik təcrübəsi tələb olunur.
