Müştərilərə səyahət seçimlərində kömək edir və rezervasiyaları idarə edir, güclü ünsiyyət bacarıqları tələb olunur.
Vakansiya haqqında
**Regnum Travel Gallery** komandamızı genişləndirir.
Biz müştərilərimiz üçün sadəcə aviabilet və otel rezervasiyası deyil, onların ehtiyaclarına uyğun **fərdiləşdirilmiş və yüksək keyfiyyətli səyahət təcrübələri** yaradırıq.
Bu istiqamətdə komandamıza müştəri ilə düzgün ünsiyyət qura bilən, satış bacarığı güclü, səyahət sahəsinə maraqlı və inkişaf etməyə həvəsli **Səyahət Məsləhətçisi** axtarırıq.
### Vəzifə öhdəlikləri
- Müştərilərin səyahət ehtiyaclarını, üstünlüklərini və büdcəsini müəyyən etmək
- Müştərilər üçün fərdi səyahət proqramları və təkliflər hazırlamaq
- Aviabilet, otel, transfer, tur və digər səyahət xidmətlərinin təşkili
- Müştərilərlə WhatsApp, telefon, e-mail və digər kommunikasiya kanalları vasitəsilə peşəkar əlaqə saxlamaq
- Daxil olan sorğuları operativ şəkildə cavablandırmaq və satışa çevirmək
- Təkliflərin hazırlanması, qiymətlərin müqayisəsi və rezervasiyaların idarə olunması
- Müştəri ilə ilkin əlaqədən rezervasiyanın tamamlanmasına qədər satış prosesini idarə etmək
- Yerli və beynəlxalq otellər, tur operatorları, aviaşirkətlər və digər tərəfdaşlarla kommunikasiya aparmaq
- Müştərilərin səfərdən əvvəl və səfər zamanı ehtiyaclarını izləmək
- Müştəri məmnuniyyətinin və təkrar satışların artırılmasına töhfə vermək
- Səyahət istiqamətləri, otellər, turizm məhsulları və bazar trendləri haqqında məlumatlı olmaq
### Namizədə tələblər
- Turizm, səyahət, satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi vacibdir
- Güclü kommunikasiya və müştəri ilə işləmə bacarığı
- Azərbaycan, rus ve İngilis dilleri üzre qabiliyyəti
- Satış və danışıqlar aparmaq bacarığı
- Müxtəlif səyahət istiqamətləri haqqında ümumi məlumat
- Diqqətli, məsuliyyətli və detallara önəm verən iş prinsipi
- Eyni zamanda bir neçə müştəri sorğusunu idarə etmək bacarığı
- WhatsApp, e-mail və rəqəmsal platformalardan sərbəst istifadə
- Nəticəyönümlü, təşəbbüskar və problem həll etmə bacarığı
- Peşəkar ünsiyyət və təqdimat tərzi
### İş haqqında
**Şirkət:** Regnum Travel Gallery
**Vəzifə:** Səyahət Məsləhətçisi / Travel Consultant
**İş yeri:** Bakı, Azərbaycan
**İş rejimi:** Tam iş günü
**İş formatı:** Ofisdə/ Crescent Mall
Əgər səyahət sahəsinə marağınız varsa, insanlarla işləməyi sevirsinizsə və satış bacarıqlarınızı premium müştəri xidməti ilə birləşdirə bilirsinizsə, **sizi Regnum Travel Gallery komandasında görməkdən məmnun olarıq.**
**Müraciət etmək üçün CV-nizi LinkedIn vasitəsilə göndərin.**
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Beklentilerin ötesinde bir seyahat sunuyoruz | Regnum Travel Gallery, seyahati yalnızca bir destinasyona ulaşmak değil, kişiye özel ve unutulmaz bir deneyim olarak tasarlayan premium travel brand’dir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Crescent Mall-da yerləşir.
Tam iş günü rejimində işlənir.
Turizm, səyahət, satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi vacibdir.
Azərbaycan, rus və ingilis dilləri üzrə qabiliyyət tələb olunur.
Güclü kommunikasiya, satış, danışıqlar aparmaq və rəqəmsal platformalardan sərbəst istifadə bacarığı tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSəyahət agenti üzrə Bakıda digər açıq elanlar.
Daxil olan sorğuları cavablandırır, tur paketləri satır, turizm satışında 3 il təcrübəsi tələb olunur.
Müştərilərlə işləyir, səyahət biletlərini satır və Amadeus sistemini öyrənir.
Turizm sahəsində minimum 6 ay təcrübəsi olan məsuliyyətli və satış bacarığı olan Outgoing Menecer axtarılır.


