Kassir kimi mühasibatlıq və kassirlik bacarıqları ilə kollektivdə işləmək tələb olunur
Vakansiya haqqında
Bu rolda Biləsuvar üzrə ödəniş terminalları və bankomatların inkassasiyasını həyata keçirəcək, nağd pul və digər qiymətlilərin təhlükəsiz daşınmasını təmin edəcəksən. Nağd vəsaitlərin düzgün idarə olunması, inkassasiya proseslərinin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Vəzifə öhdəlikləri
- Müəyyən edilmiş marşrutlar üzrə terminal və bankomatların inkassasiyasını həyata keçirmək;
- Nağd pul və digər qiymətliləri xüsusi zirehli avtomobillərlə təhlükəsizlik qaydalarına uyğun daşımaq;
- Nağd vəsaitlərin qəbulunda, sayılmasında və çeşidlənməsində iştirak etmək;
- Nağd vəsaitləri kassetlər vasitəsilə toplamaq və müəyyən edilmiş qaydada təhvil vermək;
- İnkassasiya zamanı terminal və bankomatlara ilkin texniki baxış keçirmək, zərurət yarandıqda aidiyyəti komandalarla əməkdaşlıq etmək;
- Bankomatlara texniki xidmət göstərilməsi zamanı prosesə nəzarət etmək və təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
- İnkassasiya marşrutları üzrə müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmək;
- Fövqəladə və riskli hallarda nağd vəsaitlərin və digər qiymətlilərin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görmək;
- Fəaliyyət istiqaməti üzrə daxili qayda və prosedurlara uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Orta və ya ali təhsil;
- Azərbaycan dilində yaxşı səviyyədə ünsiyyət bacarığı;
- B və C kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- Həqiqi hərbi xidmət keçmiş olmaq;
- Silahdan təhlükəsiz istifadə qaydalarını bilmək və müvafiq bacarıqlara malik olmaq;
- İşin xüsusiyyətlərinə uyğun fiziki və psixoloji sağlamlıq vəziyyətinə malik olmaq;
- Nağd vəsaitlərin qorunması, təhlükəsiz daşınması və bankomatların inkassasiyası üzrə qaydaları bilmək;
- Biləsuvar şəhərində və ya yaxın ərazilərdə yaşamaq;
- Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
- Problem həlletmə bacarığı və nəticəyönümlülük;
- Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
- Sahiblənmə və məsuliyyət hissi.
Üstünlüklər
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kassir üzrə bazar adətən 550–750 ₼ ödəyir, median — 650 ₼.
41 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kassir kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Biləsuvar rayon filialında işləyəcəksiniz.
Müraciət etmək üçün elan üzərindən yönləndirmə vasitəsilə müraciət edin. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKassir üzrə Biləsuvarda digər açıq elanlar.
Mağazada kassada operativ xidmət göstərmək və növbələrin qarşısını almaq tələb olunur
Nağd ödənişləri qəbul etmək və kassa əməliyyatlarını aparmaq üçün 3-5 il təcrübə tələb olunur
Müştərilərə xidmət göstərir, satış və kassa əməliyyatlarını həyata keçirir, ünsiyyət bacarığı tələb olunur



