Vakansiya haqqında

İş yeri – Xırdalan şəhəri, anbar.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi

Namizədə aid tələblər:

  • Orta ixtisas və ya orta təhsilli olması;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
  • Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
  • Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
  • Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
  • Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür;
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

  • Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
  • Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;
  • Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
  • Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək;
  • Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;
  • Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək;
  • Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq;
  • Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;
  • Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək;
  • Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
  • Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
  • Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
  • Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək;
  • Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: Gecə növbəsi (1 gün iş, 2 gün istirahət);
  • İş yeri – Xırdalan şəhəri,anbar;
  • Əmək haqqı - 660 Azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Nəzarətçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Xırdalan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
660 ₼
Yerləşdirilib
15 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
15 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
28

Maaş bazarla müqayisədə

Mühafizəçi üzrə bazar adətən 550–700 ₼ ödəyir, median — 600 ₼.

bu vakansiya · 660 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

54 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühafizəçi kimi öz maaşını yoxla

Şirkət haqqında

GFC MMC
Restaurants · Bakı
GFC MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Xırdalan şəhərində yerləşən anbardır.

Gecə növbəsi ilə işləmək tələb olunur: 1 gün iş, 2 gün istirahət.

Əmək haqqı 660 ₼ təşkil edir.

Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi tələb olunur.

Namizəd öz CV-sini göndərməlidir, mövzu hissəsində “Anbar Nəzarətçisi” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühafizəçi üzrə Xırdalanda digər açıq elanlar.

550–700₼

Giriş-çıxışa və işçilərə nəzarət edir, məsuliyyətli və diqqətli olmalıdır.

ResponsibilityEntry and exit controlEmployee SupervisionVehicle entry and exit registration+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
600₼

Market və əmlakın təhlükəsizliyini təmin etmək üçün nəzarət və müşahidə aparmaq tələb olunur.

Security MonitoringAccess ControlIncident ReportingSurveillance Camera Operation
Müraciət et
550–600₼

Müəssisə ətrafını və təhlükəsizliyi nəzarətdə saxlamaq üçün 1 il təcrübəli mühafizəçi tələb olunur

SurveillanceSecurity MonitoringAccess ControlIncident Prevention
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
550–650₼

Obyektin təhlükəsizliyini təmin etmək və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı tələb olunur

Security MonitoringPhysical FitnessAttention to DetailDiscipline+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
660 ₼
Anbar nəzarətçisi
Müraciət et