Ərazinin təhlükəsizliyini təmin edir, hadisələri analiz edir və müdiriyyətə məruzə edir, mühafizə sahəsində təcrübə tələb olunur
Vakansiya haqqında
“LANDAU School” da City Garden və Sea Breeze kampusu üçün Gündüz növbəsinə Mühafizəçilər axtarışındayıq!
Öhdəliklər:
Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək;
Binaya buraxılan şəxslərin "Nəzarət buraxılış qeydləri" kitabında qeydiyyatını aparmaq;
Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək;
Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək;
Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək;
Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək;
Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək;
Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.
Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
İş yeri: "LANDAU School" City Garden kampusu.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Könüllü tibbi sığorta;
Landau School-da uşaqların təhsilinə xüsusi endirimlər.
Müraciət qaydası:
Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini və ya ən azı özləri haqqında qısa məlumatı və kampus uyğunluğunu qeyd etməlidir)
Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühafizəçi üzrə bazar adətən 550–700 ₼ ödəyir, median — 600 ₼.
54 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühafizəçi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.
+994992060449Bu vakansiya haqqında suallar
İş yeri LANDAU School-un City Garden kampusudur, Bakı şəhərindədir.
Gündüz növbəsində işləmək tələb olunur.
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə təmin edilir.
Namizədlər CV və ya qısa məlumatla birlikdə kampus uyğunluğunu qeyd etməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçKönüllü tibbi sığorta və uşaqların təhsilinə xüsusi endirimlər mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühafizəçi üzrə Bakıda digər açıq elanlar.
Şirkətin ərazisinin və binalarının mühafizəsini təşkil etmək üçün fiziki sağlamlıq tələb olunur
Müəssisənin təhlükəsizliyini təmin etmək və nəzarət etmək üçün minimum 2 il təcrübə tələb olunur
Məmmədli kəndində malların qeydiyyatı və obyektin mühafizəsini təmin etmək tələb olunur




