Rəhbər şəxslərin təhlükəsiz daşınmasını təmin etmək üçün məsuliyyətli sürücü olmaq.
Vakansiya haqqında
Təsvir
- Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək;
- Elektrovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək;
- İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq;
- Elektrovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək;
- Maşinistlə maşinist köməkçisi arasında danışıq reqlamentini dəqiq yerinə yetirmək;
- Elektrovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Elektrovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq;
- Elektrovoz dayanarkən, ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək;
- Elektrovozda nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırılması üçün lazımı tədbirlər görmək;
- Elektrovozda olan təhlükəsizlik qurğularının işinə nəzarət etmək;
- Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (elektrovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək;
- Maşinist elektrovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (elektrovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;
Tələblər
- Təhsil: peşə təhsili (müvafiq sahə üzrə).
- Vəsiqə tələbi: Elektrovoz maşinist köməkçisi vəsiqəsi.
- Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ)
- Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı.
- Qatarların hərəkəti və manevr işinə dair Təlimat.
- Lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimat.
- Diqqətlilik, peşəkar ehtiyatlılıq, problem həlletmə, mühitə uyğunlaşma.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sürücü üzrə bazar adətən 700–1 150 ₼ ödəyir, median — 800 ₼.
109 açıq vakansiya, 99 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sürücü kimi öz maaşını yoxlaŞirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Şabran şəhərində yerləşir.
Elektrovoz maşinist köməkçisi vəsiqəsi tələb olunur.
Peşə təhsili müvafiq sahə üzrə tələb olunur.
Texniki xidmət, təhlükəsizlik qaydalarına əməl etmək və problem həlletmə bacarıqları vacibdir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSürücü üzrə Şabranda digər açıq elanlar.
Yüklərin təhlükəsiz daşınmasını və avtokarın idarəsini təmin etmək üçün peşəkar sürücü tələb olunur
Ərzaq məhsullarını vaxtında və təhlükəsiz çatdırmaq üçün BC kateqoriyalı sürücü tələb olunur
Şirkət məhsullarını təhlükəsiz və vaxtında çatdırmaq üçün sürücülük bacarığı tələb olunur


