Məhsulları vaxtında və təhlükəsiz çatdırmaq üçün BC kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur
Vakansiya haqqında
Dünya Məktəbi sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Şagirdlərin A korpusundan digər korpuslara təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
- Şagirdlərin gündəlik gəzintilərə, ekskursiyalara və məktəbdənkənar tədbirlərə daşınmasını həyata keçirmək;
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsini təmin etmək;
- Nəqliyyat vasitəsini daim təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlamaq;
- Şagirdlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək;
- Daşınma zamanı yol hərəkəti və sərnişin təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- Nəqliyyat vasitəsində yaranan nasazlıqlar və digər problemlər barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən və əmək funksiyasına uyğun digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizədə olan tələblər
- D kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
- Yaş həddi: 35–45;
- Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Bakı şəhərinin yollarını və əsas marşrutlarını yaxşı bilmək;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək;
- Sərnişin, xüsusilə şagird daşınması sahəsində təcrübənin olması üstünlükdür;
- Məsuliyyətli, intizamlı, səbirli, dürüst və punktual olmaq;
- Uşaqlarla ünsiyyətdə nəzakətli və diqqətli davranmaq;
- Zərurət yarandıqda dəyişkən iş qrafiki ilə işləməyə hazır olmaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Dünya Məktəbi
- İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
- Əmək haqqı: 700 AZN (NET)
- Məşğulluq forması: Tam ştat
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sürücü üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 800 ₼.
107 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sürücü kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Dünya Məktəbi korpusları arasında yerləşir.
Həftədə 5 gün, saat 08:00–17:00 işləmək tələb olunur.
Əmək haqqı 700 ₼ (net) təşkil edir.
Namizədin yaşı 35–45 arasında olmalıdır.
Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
CV-lər mövzu hissəsində “Sürücü” qeyd edilməklə elektron poçt vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSürücü üzrə Bakıda digər açıq elanlar.
Rəhbərliyin və ofisin nəqliyyat xidmətlərini təmin etmək üçün sürücü tələb olunur.
Dərman preparatlarının çatdırılmasını təmin edən, 2 il yük maşını sürmə təcrübəsi tələb olunur
Mallara sifarişlərə əsasən Bakı şəhərində çatdırılma və 3 il təcrübə tələb olunur



