Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
22 июля 2026
Дедлайн
22 августа 2026

О роли

Mebel dizaynı və xüsusi istehsal sahəsində fəaliyyət göstərən şirkətimiz Baş Dizayner vakansiyası elan edir.

Vəzifə öhdəlikləri

  • Dizayn komandasının işini planlaşdırmaq və idarə etmək;
  • Müştəri tələblərinə uyğun mebel dizaynı və konsept həlləri hazırlamaq;
  • Fərdi sifariş əsasında hazırlanan mebel layihələrinin dizayn prosesinə rəhbərlik etmək;
  • Layihələrin estetik, funksional və texniki keyfiyyətinə nəzarət etmək;
  • Dizayn, texniki və istehsalat şöbələri arasında koordinasiyanı təmin etmək;
  • Material, aksesuar və rəng seçimində iştirak etmək;
  • Müştərilərlə görüşlərdə və layihə təqdimatlarında iştirak etmək;
  • Layihələrin müəyyən edilmiş vaxt qrafikinə uyğun icrasını təmin etmək;
  • Dizayn standartlarının formalaşdırılması və inkişaf etdirilməsində iştirak etmək.

Tələblər

  • Memarlıq və ya İnteryer Dizaynı üzrə ali təhsil;
  • Mebel dizaynı sahəsində minimum 5 il iş təcrübəsi;
  • Xüsusi istehsal mebellərinin layihələndirilməsi üzrə praktiki təcrübə;
  • AutoCAD proqramını yüksək səviyyədə bilmək;
  • SketchUp, Vectorworks və ya 3ds Max proqramlarından ən az birini yaxşı səviyyədə bilmək;
  • Adobe Photoshop proqramında işləmək bacarığı;
  • Mebel konstruksiyası, materiallar və istehsal texnologiyaları üzrə biliklər;
  • Liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları;
  • Məsuliyyətli, yaradıcı və nəticəyönümlü olmaq;
  • Portfolio təqdim edilməsi mütləqdir.

Təklif edirik

  • Premium və fərdi mebel layihələri üzərində işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi;
  • Müasir və inkişaf yönümlü iş mühiti;
  • Tam rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən edilir).

Müraciət qaydası

  • Maraqlanan namizədlərdən CV və portfolio fayllarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
  • Məktubun mövzu hissəsində: Baş Dizayner qeyd edilməlidir.
  • Qeyd: Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Baş Dizayner
Откликнуться