Financial PlanningBudgetingFinancial Analysis
Локация
Азербайджан
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
1 200–1 200 ₼
Опубликовано
20 июля 2026
Языки
Azerbaijani
Дедлайн
20 августа 2026
Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə əməliyyatlarının uçotu, monitorinqi və maliyyə nəzarətinin təmin edilməsi;
- Maliyyə hesabatlarının (gəlir-xərc, pul axını, balans göstəriciləri və s.) hazırlanması və təhlili;
- Büdcə planlaşdırılması, icranın izlənilməsi və kənarlaşmalar üzrə analitik hesabatların təqdim olunması;
- Vergi, DSMF və Statistika üzrə maliyyə məlumatlarının hazırlanmasında iştirak;
- Maliyyə göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabat və rəylərin təqdim edilməsi;
- Vergi və digər dövlət orqanlarından daxil olan maliyyə xarakterli sorğuların izlənilməsi və cavablandırılmasında iştirak;
- 1C (8.3) proqram təminatında maliyyə əməliyyatlarının düzgün əks olunmasına nəzarət;
- Qanunvericilikdə maliyyə və vergi ilə bağlı dəyişikliklərin izlənilməsi və tətbiqi;
- Daxili maliyyə nəzarəti və risklərin qiymətləndirilməsində iştirak;
Tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi (Bank və ya BOKT sektoru üzrə təcrübə üstünlükdür);
- Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə praktiki biliklər;
- 1C (8.3) proqramında işləmə bacarığı;
- MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Maliyyə göstəricilərini analitik təhlil etmək, nəticə çıxarma və təqdimetmə bacarığı;
- Vergi Məcəlləsi və maliyyə ilə əlaqəli normativ sənədlər üzrə baza biliklər;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı mütləqdir.
- Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.
İş barədə məlumat:
- Əmək haqqı: 1200 AZN + Bonus
- İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi
- Nahar şirkət tərəfindən təmin olunur.
- Komfortlu ofis mühiti və peşəkar komanda
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
CV-lərinizi “Maliyyə üzrə Baş mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
О компании
Home Finance Company
Financial Services · Baku
Home Finance BOKT (Home Finance Company) is a Baku-based non-bank credit organization that provides consumer financing for household goods, construction materials and home improvement purchases.
Все вакансии Home Finance CompanyПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
Financial PlanningBudgetingCost Control
AccountingFinancial ReportingBudgeting
Accounting1C SoftwareAccounts Payable




