Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
- Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
- Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
- Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
- Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
- Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
- Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- PMS (Professional Mühasib Sertifikatı) sertifikatının olması mütləqdir
- Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
- Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
- 1C və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
- Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
- Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
İş barədə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatı: 09:00-18:00-dək;
- İş yeri: Bayraq Meydanı ilə üzbə-üz;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1500-2000 AZN
Maraqlananlar CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.
О компании
Azərbaycan Respublikasında böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”, yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən, əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşmış şirkətdir. Layihə sənədlərinin hazırlanması mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər bütün işlərin kompleks icrasını təmin edən infrastruktura malik olması şirkətin gördüyü işlərin operativliyinə və keyfiyyətinə möhkəm zəmin yaradır
Все вакансии Azman HoldingПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.


