Навыки и технологии
О роли
Təsvir
- Qızıl girovlu kredit müraciətlərinin qəbulu, təhlili və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi;
- Yeni partnyorların cəlb olunması və onlarla əməkdaşlıq şərtlərinin razılaşdırılması;
- Daxili qayda və prosedurlara, eləcə də müvafiq qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə üstünlükdür);
- Bank və ya BOKT sektorunda minimum 2 il iş təcrübəsi;
- Ünsiyyət qurma və satış bacarıqları;
- Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq;
- Microsoft Office proqramları ilə işləmə bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Korporativ Mühit
- Bonus sistemi;
- Yığım sığortasına qoşulma imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
О компании
Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə istehlak kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur. Təşkilatın şüarı olan “İdeal Seçim” “İdeal Kredit”in hər bir müştəriyə fərdi yanaşma ilə bərabər müştərilərə ideal şərtlərlə kredit ayrılması- fəlsəfəsini özündə cəm edir.
Все вакансии İdeal Kredit BOKTПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
