Локация
Азербайджан
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
1 200–1 200 ₼
Опубликовано
23 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
23 августа 2026

О роли

İş şəraiti

  • Şəhər / Ünvan: Bakı şəhəri babək prospekti
  • İş qrafiki: Tam iş günü (Həftədə 5 gün)
  • Əmək haqqı: 1200 AZN (Fiks) + Performansa uyğun bonuslar

Vəzifə Öhdəlikləri:

  • Maya Dəyəri və İtki Analizi: Məhsulların (burger, sendviç, roll və s.) hazırlanma prosesində yarana biləcək xammal itkilərini, israfı və maya dəyəri risklərini analiz etmək.
  • Tədarük Zənciri Riskləri: Ərzaq və xammal tədarükçülərinin qiymətləndirilməsi, logistika və vaxtında çatdırılma risklərini idarə etmək.
  • Operativ və Sanitar Risklər: Sex daxili əməliyyatların, qida təhlükəsizliyi (HACCP/sanitariya standartları) və saxlanma şəraitinin risklərini müəyyən etmək və nəzarətdə saxlamaq.
  • İnventar və Kassa Nəzarəti: Anbar qalıqlarının, kassa əməliyyatlarının və daxili fırıldaqçılıq (fraud) risklərinin qarşısının alınması üçün nəzarət mexanizmləri qurmaq.
  • Risk Reyestri: Maliyyə və operativ risk matrisini tərtib etmək və mütəmadi yeniləmək.
  • Hesabatlılıq: Aşkar olunmuş risklər, kənarlaşmalar və onların həlli yolları barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Satis menecerlerime nezaret. Onlarin satis effektivliyi artirmaq iadənin faizinin asagi salınması nəzarət.
  • Menecerlere mutamadi hesabat gondermek Menecerlere qurulmus sistemin oyredilmesi . Telimler kecmek
    Menecerlerin maas faizlerini hesablamaq.
    Satisin artirilmasi ve vozvratin asagi salinmasi ucun sistem qurmaq
  • Istehsal prosesinin izlenmesini qurub Nezaret mexanizmi qurmaq

Tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya İctimai iaşə menecmenti sahəsində).
  • İş Təcrübəsi: Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya maliyyə analizi sahəsində minimum 2 il iş təcrübəsi (HoReCa, restoran şəbəkələri, pərakəndə satış (retail) və ya qida sektorunda təcrübə arzuolunandır).
  • Analitik Bacarıqlar: Rəqəmlərlə işləmək, böyük həcmli datanı analiz etmək və trendləri görmək qabiliyyəti.
  • Proqram Bilikləri: MS Excel proqramını yüksək səviyyədə bilmək (restoran idarəetmə proqramları — iiko, r-keeper və s. bilikləri üstünlükdür).
  • Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (Rus və ya İngilis dili biliyi üstünlükdür).

Biz Nə Təklif Edirik?

  • 1200 AZN sabit fiks maaş və təyin olunmuş hədəflərə uyğun əlavə bonus sistemi.
  • "Lucky Sandwich" ailəsində dinamik və mehriban kollektiv.
  • Korporativ mühitdə karyera yüksəlişi və inkişaf imkanları.
  • Şirkət hesabına dadlı nahar təminatı.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat.

Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində mütləq "Risk Meneceri" qeyd edilməlidir.

О компании

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 200–1 200 ₼
Risk Meneceri
Откликнуться